14:08
“Noul” tayfunu Çində 700 mindən çox insanın təxliyəsinə səbəb olub
“Noul” tayfunu Çinin cənubundakı Quanqdonq vilayətinə çatdıqdan sonra 700 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb. Güclü küləklər və daşqın riski səbəbindən bir neçə bölgədə yüksək xəbərdarlıq səviyyəsi elan edilib.

