07:33
Peruda baş verən 2 zəlzələdən sonra dağıntılar altında qalanlar axtarılır
Perunun mərkəzində yerləşən Xunin regionunda baş verən 2 zəlzələ nəticəsində azı 6 nəfər həlak olub, 21 nəfər yaralanıb. Təbii fəlakət onlarla evi dağıdıb və bölgədə geniş xilasetmə işlərinin başladılmasına səbəb olub.

