11:22
ABŞ və İran arasında vasitəçilik cəhdləri neft qiymətlərini ucuzlaşdırıb
ABŞ və İran arasında diplomatik təmasların bərpası ilə bağlı xəbərlər hərbi gərginlik fonunda bazarlardakı narahatlığı azaldıb. Nəticədə neft qiymətləri aşağı düşüb. “Brent” markalı neftin bareli 78 sent ucuzlaşaraq 88,44 dollara, WTI markalı xam neft isə 73 sent enərək 82,50 dollara geriləyib.

