09:11
Azərbaycan və Rusiya iqlim fəaliyyəti və Xəzər dənizi üzrə əməkdaşlığı müzakirə ediblər
Xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın Prezident köməkçisi və iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevlə danışıqlar aparıb. Görüşdə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq, iqlim diplomatiyası və Xəzər regionunda gələcək tərəfdaşlıq məsələləri diqqət mərkəzində olub.

