18:41
Rusiyada neft emalı zavodlarının fəaliyyətini dayandırması Mərkəzi Asiyada dizel tədarükünü riskə atır
Dron hücumları nəticəsində Rusiyanın bir sıra neft emalı zavodları fəaliyyətini dayandırıb. Qiymət məlumatları üzrə ixtisaslaşan “Argus” agentliyinin məlumatına görə, zavodlarda plandankənar təmir işlərinin aparılması Qırğızıstan və Tacikistana qış dizeli tədarükünün kəskin azalmasına səbəb olub.

