Tramp miqrant karvanına görə Meksikanı rüsum artımı ilə hədələyib
ABŞ Prezidenti Donald Tramp Meksikadan ABŞ-yə doğru piyada gedən mindən çox miqrantı dayandırmağı tələb edib. O bildirib ki, əks halda Meksika mallarına tətbiq olunan gömrük rüsumları ikiqat artırılacaq. Tramp miqrantların ABŞ-yə buraxılmayacağını da deyib.

