10:50
Tramp administrasiyası ABŞ-yə qaçqın qəbulunu 17 500 nəfərlə məhdudlaşdırmağı planlaşdırır
Tramp administrasiyası növbəti 12 ay ərzində ABŞ-yə qəbul ediləcək qaçqınların sayını 17 500 nəfərlə məhdudlaşdırmağı planlaşdırır. Sentyabrın 22-də Konqresə göndərilən bildirişə görə, qaçqınların əksəriyyətinin Cənubi Afrikadakı ağdərili afrikaner azlığının nümayəndələri olacağı gözlənilir.

