13:51
Kanadada güclü küləyin yaydığı yanğında 4 hərbçi həlak olub
Kanadanın Alberta əyalətindəki hərbi təlim poliqonunda güclü küləyin təsiri ilə sürətlə yayılan yanğın nəticəsində 4 hərbçi həlak olub, 39 nəfər xəstəxanaya yerləşdirilib. Rəsmilərin məlumatına görə, yaralılardan 19-nun vəziyyəti ağırdır.

