16:58
Əfqanıstan: Pakistandan keçən silahlı qrupun 28 üzvü öldürülüb
Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, ölkə qüvvələri Pakistandan keçdiyi bildirilən silahlı qrupa qarşı Nuristan vilayətində əməliyyat keçirib. Nəticədə 28 döyüşçü öldürülüb, 32 nəfər yaralanıb.

