21:41
Azərbaycan və Rusiya “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizini müzakirə edib
Azərbaycan və Rusiya “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarını genişləndirmək üçün əməkdaşlığı gücləndirir. Tərəflər dəhlizin buraxılış qabiliyyətinin artırılması və nəqliyyat-logistika infrastrukturunun təkmilləşdirilməsi məsələlərini müzakirə ediblər.

