10:02
Polşa dəmir yolu mühafizəçilərinə dronları zərərsizləşdirmək səlahiyyəti verə bilər
Polşa hökuməti dəmir yolu infrastrukturuna təhlükə yaradan dronları zərərsizləşdirmək üçün mühafizəçilərin səlahiyyətlərini genişləndirməyi təklif edir. Oktyabrın 16-da dərc edilən qanun layihəsinə əsasən, müəyyən hallarda dronlara qarşı odlu silahdan istifadəyə də icazə veriləcək.

