20:56
Gürcüstan rəsmilərindən Brüsselin genişlənmə siyasətinə tənqid
Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos Gürcüstanın “yalnız kağız üzərində” namizəd ölkə olduğunu bildirib. Bu açıqlama Gürcüstanın yüksəkvəzifəli rəsmilərinin kəskin reaksiyasına səbəb olub. Onlar bu qiymətləndirməni rədd edərək Brüsseli tənqid ediblər.

