09:38
Hakerlər Fransada supermarketlərin soyuducu sistemlərini hədəfə alıblar
Fransada yüzlərlə supermarketin soyuducu sistemlərinə kiberhücum edilməsi ilə bağlı genişmiqyaslı araşdırmaya başlanılıb. Hücum nəticəsində külli miqdarda ərzaq xarab olub, mağazalar məhsulları atmağa məcbur qalıb, bəzi obyektlərdə isə yanğınlar baş verib.

