Malayziyanın rohinca qaçqınları ilə bağlı Türkiyə planı müəmmalı qalıb
Malayziyanın baş nazirinin müavini Əhməd Zahid Həmidi noyabrın 20-də 10 min rohinca qaçqınının peşə hazırlığı proqramı çərçivəsində Türkiyəyə köçürülməsi barədə təklifin Nazirlər Kabinetində qəbul edildiyini bildirib. Onun “Facebook” paylaşımı sonradan səbəb göstərilmədən silinib.

