15:51
Fransada tələbə etirazları bərpa olunub
Fransada məktəblilər ikihəftəlik tətildən sonra noyabrın 2-də etiraz aksiyalarını bərpa ediblər. Təhsil Nazirliyinin məlumatına görə, yerli vaxtla saat 09:30-da 41 liseydə giriş bağlanıb və ya buna cəhd göstərilib. Tətildən əvvəl aksiyalar yüzlərlə məktəbi əhatə etmişdi.

