14:36
Hikmət Hacıyev: “Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik”
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycan hələ də Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını və 2020–2023-cü illərdə keçmiş təmas xətti boyunca basdırılmış minaların xəritələrini təqdim etməsini gözləyir.

