19:53
Yunanıstan 2027-ci ildən 15 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edir
Yunanıstan parlamenti 2027-ci il yanvarın 1-dən 15 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini qəbul edib. Uşaqların internetdə təhlükəsizliyini gücləndirməyə yönəlmiş qanun sosial media platformalarından istifadəçilərin yaşını yoxlamağı tələb edir.

