18:56
Azərbaycan və Gürcüstan strateji dəhlizlərin təhlükəsizliyi üçün əməkdaşlığı gücləndirir
Azərbaycan və Gürcüstan Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və enerji dəhlizlərinin təhlükəsizliyini gücləndirmək məqsədilə müdafiə sahəsində əməkdaşlığı genişləndirirlər. Hər iki ölkə bununla regionda strateji və iqtisadi mövqelərini möhkəmləndirməyə çalışır.

