Özbəkistanda 350 milyon dollarlıq günəş elektrik stansiyası tam gücü ilə işləməyə başlayıb
Özbəkistanın Namanqan vilayətində 350 milyon dollara tikilən günəş elektrik stansiyası 500 meqavatlıq tam gücünə çatıb. Hökumətin hesablamasına görə, stansiya ildə 1 milyard 95 milyon kilovat-saat elektrik enerjisi istehsal edə bilər. Layihə ölkənin təbii qazdan asılılığını azaltmağa yönəlib.

