14:18
Səudiyyə Ərəbistanı husilərin raket və dron hücumlarının qarşısını alıb
Səudiyyə Ərəbistanı Yəməndəki İranın dəstəklədiyi husilərin ölkənin cənubuna atdığı ballistik raketi vurub. Bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya məlumat yayıb. Hadisə sərhədyanı bölgələrdə hücumların artdığı bir vaxtda baş verib.

