16:37
Əbu-Dabi danışıqları ərəfəsində Rusiyanın Ukraynaya zərbələri 31 nəfərin həyatına son qoyub
Ukrayna rəsmilərinin məlumatına görə, Rusiyanın Ukraynanın cənub-şərqində yerləşən Zaporojye vilayətində humanitar yardım paylanan məktəbə endirdiyi hava zərbələri nəticəsində azı 31 nəfər həlak olub. Ölənlər arasında xilasedicilər və polis əməkdaşları da var. Daha 50 nəfər itkin düşüb.

