12:38
Paşinyan: “Ermənistanın milli hədəfləri beynəlxalq səviyyədə tanınmış sərhədlərlə məhdudlaşmalıdır”
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsinin milli hədəfləri beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə məhdudlaşmalıdır. O, bu fikirləri İrəvanda keçirilən 2026-cı il Qlobal Erməni Sammitində hökumətinin “Real Ermənistan” ideologiyasını müdafiə edərkən səsləndirib.

