canlı Səudiyyə Ərəbistanı sahillərində tanker hücuma məruz qalıb
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili...
Ukrayna və Rusiya çərşənbə axşamı qarşılıqlı hava zərbələrini davam etdirib. Kiyev Rusiya ərazisində gəmiçilik və enerji infrastrukturunu hədəfə alıb. Moskva isə buna cavab olaraq, Ukrayna şəhərlərinə növbəti genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumu həyata keçirib.
Ukraynanın PUA Qüvvələrinin komandanı Robert Brovdi bildirib ki, Ukrayna dronları gecə saatlarında Azov dənizində Rusiyaya məxsus 11 gəmini vurub. Hədəfə alınan gəmilər arasında beş tanker, beş quru yük gəmisi və bir yedək gəmisi yer alıb.
Brovdinin sözlərinə görə bu əməliyyatdan sonra son doqquz gün ərzində vurulan gəmilərin sayı 116-ya çatıb.
Moskva hücumlara sərt reaksiya verib. Rusiyanın xarici işlər naziri Ukraynanın Azov dənizində ticarət gəmilərinə endirdiyi zərbələri “dəniz quldurluğu və terror aktı” kimi qiymətləndirib.
Ukrayna gecə saatlarında Rusiyada iki neft emalı obyektini hədəfə aldığını açıqlayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar nəticəsində Başqırdıstandakı “Gazprom Neftexim Salavat” neft-kimya kompleksində və Krasnodar diyarında yerləşən Afipski neft emalı zavodunun ərazisində yanğınlar baş verib.
Başqırdıstanın rəhbəri Radiy Xabirov "Gazprom Neftexim Salavat" kompleksinə pilotsuz uçuş aparatı ilə hücum edildiyini təsdiqləyib. Onun sözlərinə görə zərbə nəticəsində yanğınlar baş verib, xammal təchizatı estakadaları və elektrik kabelləri zədələnib. Bununla belə, müəssisənin əsas istehsal obyektlərinə ziyan dəyməyib və fəaliyyətin bir neçə gün ərzində normallaşacağı gözlənilir.
Rusiya rəsmiləri Afipski neft emalı zavodunun ərazisində də yanğın baş verdiyini açıqlayıblar. Onların bildirdiyinə görə, yanğına pilotsuz uçuş aparatının qalıqlarının düşməsi səbəb olub. Fövqəladə hallar xidmətinin məlumatına əsasən, alov qısa müddət sonra söndürülüb.
Afipski zavodu bundan əvvəl də dəfələrlə Ukrayna dronlarının hücumuna məruz qalıb. Müəssisə Rusiyanın ixracyönümlü mühüm neft emalı obyektlərindən biridir.
Eyni zamanda Rusiya Ukraynaya qarşı hava hücumlarını daha da intensivləşdirib. Prezident Volodimir Zelenskinin sözlərinə görə gecə ərzində ölkə ərazisinə 135 pilotsuz uçuş aparatı və 10 raket buraxılıb. Kiyevdə məktəb və kommersiya obyekti də daxil olmaqla 16 obyektə ziyan dəyib. Xarkov və Çerniqov vilayətlərinə endirilən zərbələr nəticəsində isə mülki şəxslər yaralanıb.
Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın buraxdığı səkkiz ballistik raketdən beşinin və 135 drondan 108-nin zərərsizləşdirildiyini açıqlayıb.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitro Pletençuk bildirib ki, Rusiya qüvvələri Qara dənizdə, Odessa limanı yaxınlığında mülki gəmini hədəfə alıb. Onun sözlərinə görə insident nəticəsində ölən və ya yaralanan olmayıb.
Son hücumlar zərbələrin miqyasının genişləndirildiyi dövrə təsadüf edir. Ukrayna Rusiyanın hərbi və enerji infrastrukturunu getdikcə daha intensiv şəkildə hədəfə alır, Rusiya isə demək olar ki, hər gecə Ukrayna şəhərlərinə və strateji əhəmiyyətli obyektlərə hücumlarını davam etdirir.
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərmi ilə vurulub.
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumları bərpa etməsini “biabırçılıq” adlandırıb. Qarşılıqlı hücumlar davam edir. Medianın məlumatına görə, Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları demək olar ki, tükənib.
Səudiyyə Ərəbistanında çalışan ABŞ hökumətinin əməkdaşları ölkənin hava limanlarından yalnız xüsusi icazə ilə istifadə edə bilərlər. Qərar ötən həftə husilərin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumu nəticəsində azı 13 nəfərin həlak olmasından sonra qəbul edilib.
AnewZ-un “Kontrapunkt: Almaniya–Azərbaycan ortaq tarixinin iki əsri” sənədli filmi təxminən iki əsr əvvəl Azərbaycan torpaqlarına köçən, şərabçılıqla tanınan icmalar quran və ölkənin mədəni irsində, memarlığında silinməz iz qoyan almanların həyatından bəhs edir.
Ağ Evin mətbuat katibi Keti Zakariya vəzifəsinin icrasına başlamasından bir həftə keçməmiş işdən çıxarılıb. Bununla da Tramp administrasiyası yeni mətbuat katibi axtarışına başlayıb. Zakariyanın Ağ Evin tarixində bu vəzifədə ən qısa müddət çalışmış şəxs olduğu bildirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 17-də bildirib ki, dekabrda Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş baş tuta bilər. Lakin nə ABŞ, nə də Rusiya mümkün görüşü hələ təsdiqləməyib.
Oktyabrın 17-də Banqkokda keçirilən Beynəlxalq Valyuta Fondunun (BVF) Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin (IMFC) iclasında Rusiyanın maliyyə naziri Anton Siluanov çıxış edərkən nümayəndələrin yarıya yaxını zalı tərk edib.
Avropa İttifaqı (Aİ) liderləri Brüsseldə keçirilən sammitdə avtomobil sənayesinə dəstək, Çinlə ticarət münasibətləri və Ukraynaya maliyyə yardımı məsələlərini müzakirə edərək bir sıra sahələr üzrə irəliləyiş əldə ediblər.
Oktyabrın 17-də Fransada yaşayış xərclərinin artmasına və digər sosial-iqtisadi problemlərə etiraz olaraq ölkəmiqyaslı aksiyaların keçirilməsi gözlənilir. Nümayişlərə tələbələrin, həmkarlar ittifaqlarının üzvlərinin və “Sarı jiletlilər” hərəkatının keçmiş iştirakçılarının qoşulacağı bildirilir.
Yerdən 400 kilometr yüksəklikdə, orbitdə altı ay keçirsəydiniz, ən çox nəyin həsrətini çəkərdiniz? Astronavtlara evlərini xatırladan şeylərdən biri də alışdıqları yeməklərdir.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın