Hava məkanı məhdudiyyətləri Mərkəzi Asiya ilə Rusiya arasında uçuşlara təsir edib
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini...
ABŞ İordaniyada iki amerikalı hərbçinin həlak olmasından sonra İrana yeni zərbələr endirib. ABŞ Prezidenti Donald Tramp həlak olan hərbçilərin xatirəsini yad edib. İran isə gərginliyin daha da artacağı barədə xəbərdarlıq edib.
İordaniya üç İran raketini vurduğunu bildirib
Anadolu
İordaniya ordusu ölkə ərazisini hədəf alan üç İran raketini vurduğunu açıqlayıb. Hücum zamanı ölkədə hava həyəcanı siqnalları səsləndirilib.
“Petra” agentliyinin yaydığı hərbi bəyanata görə dördüncü raket yaşayış məntəqələrindən uzaq əraziyə düşüb.
Hücum nəticəsində ölən, yaralanan və ya dağıntı barədə məlumat verilməyib.
Küveytin Elektrik, Su və Bərpaolunan Enerji Nazirliyi elektrik enerjisi istehsalı və suyun duzsuzlaşdırılması stansiyasının İranın yeni hücumuna məruz qaldığını bildirib. Zərbə nəticəsində obyektdə yanğın baş verib.
KUNA agentliyinin yaydığı bəyanata görə bu, İranın Küveytin enerji obyektlərinə ikinci hücumudur.
İranın Atom Enerjisi Təşkilatı ABŞ-nin "Darkhovin"də tikilməkdə olan atom elektrik stansiyasının ərazisinə hücumunu pisləyib. Qurum zərbənin beynəlxalq hüququ pozduğunu bildirib.
“Mehr” agentliyi hücumun nə vaxt baş verdiyi barədə məlumat verməyib.
İranın cənub-qərbindəki Xuzistan vilayətində yerləşən stansiyanın tikintisinə 2022-ci ildə başlanılıb.
İranın İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazından “təhlükəli marşrut”la keçməyə çalışan iki gəminin qəzaya düşdüyünü bildirib. “Tasnim” agentliyinin məlumatına görə daha iki gəmi həmin marşrutdan imtina edib.
Qurum dörd gəminin İranın xəbərdarlıqlarına məhəl qoymadığını və ABŞ-nin dəstəyi ilə hərəkət etdiyini iddia edib.
Bəyanatda ABŞ-nin çağırışlarına əməl edərək təhlükəli marşrutlara daxil olan gəmilərin “qəzalarla üzləşəcəyi” barədə xəbərdarlıq edilib.
Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti İran təyyarəsinin husilərin nəzarətində olan Səna Beynəlxalq Hava Limanına uçuşunu tamamlamasına mane olduğunu bildirib.
Nəqliyyat naziri Möhsün əl-Əmri deyib ki, tələb olunan icazələr alınmadan heç bir uçuşun həyata keçirilməsinə yol verilməyəcək.
Onun sözlərinə görə qərar uçuşun təsdiqlənmiş rəsmi kanallar və prosedurlar vasitəsilə razılaşdırılmaması səbəbindən qəbul edilib. Nazir əlavə təfərrüat açıqlamayıb.
ABŞ-nin İordaniyadakı səfirliyi vətəndaşlara xəbərdarlıq edib
ABŞ-nin Əmmandakı səfirliyi amerikalı vətəndaşlara Əqəbədəki hava və dəniz limanlarına getməməyi tövsiyə edib. İordaniya hakimiyyəti “konkret və etibarlı təhlükə” səbəbindən bu obyektləri təxliyə edib.
Səfirlik vətəndaşları İordaniyanın təhlükəsizlik qurumlarının göstərişlərinə əməl etməyə və ölkədəki hərbi bazalara səfərlərdən çəkinməyə çağırıb.
Bəhreyndə hava hücumu xəbərdarlığı elan edilib Anadolu
ABŞ ilə gərginliyin artdığı bir vaxtda İranın Körfəz ölkələrinə raket və PUA hücumlarını davam etdirməsi fonunda Bəhreynin müxtəlif bölgələrində hava hücumu siqnalları işə salınıb.
Bəhreynin Daxili İşlər Nazirliyi sakinləri sakit olmağa və ən yaxın təhlükəsiz yerə keçməyə çağırıb.
Birləşmiş Ərəb Əmirliklərinin qeyri-neft xarici ticarəti 2026-cı ilin ilk yarısında illik müqayisədə 13,1 faiz artaraq 1,937 trilyon dirhama, yəni 527,42 milyard dollara çatıb.
Bu barədə Dubayın əmiri və BƏƏ-nin Baş naziri Şeyx Məhəmməd bin Raşid Əl Məktum “X” platformasında bildirib.
Onun sözlərinə görə həmin dövrdə qeyri-neft ixracı rekord həddə — 452,8 milyard dirhəmə yüksəlib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin cənub-qərbində yerləşən Əhvaz şəhəri üzərində ABŞ-yə məxsus MQ-9 pilotsuz uçuş aparatını vurub. Bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.
ABŞ rəsmiləri bu iddiaya münasibət bildirməyiblər.
Küveyt ordusu ölkəni hədəf alan İran raketləri və pilotsuz uçuş aparatlarının qarşısının alındığını bildirib. Dövlət mediasının məlumatına görə Küveytin bəzi bölgələrində hava hücumu xəbərdarlığı səsləndirilib.
Xəzər Boru Kəməri Konsorsiumu (CPC) bildirib ki, “Nordic Zenith” tankeri Qara dənizdəki ixrac terminalı yaxınlığında hücuma məruz qalıb. Hadisə nəticəsində gəmi planlaşdırıldığı kimi neft yükləyə bilməyib.
CPC-nin məlumatına görə hücumdan sonra tankerdə yanğın baş verib və gəmi yükləmə əməliyyatları üçün yararsız hesab olunub.
SOS siqnalından sonra 13 ekipaj üzvü təxliyə edilib. Konsorsiumun mətbuat xidməti daha 9 nəfərin könüllü olaraq gəmidə qaldığını bildirib.
Hücumun səbəbi və təfərrüatları barədə əlavə məlumat verilməyib.
Pakistan və Küveyt daha geniş müdafiə sazişi üzrə danışıqlar aparır. Müzakirələr enerji əməkdaşlığı və investisiya layihələrini də əhatə edə bilər.
Danışıqlar ilkin mərhələdədir. Küveytin Pakistanın Səudiyyə Ərəbistanı ilə mövcud razılaşmasına bənzər hərbi dəstək istədiyi bildirilir.
Pakistan isə enerji təhlükəsizliyi, yanacağın saxlanılması və təchizatı, eləcə də investisiya imkanlarını nəzərdən keçirir.
Müzakirələr ABŞ–İran gərginliyi fonunda aparılır. Rəsmilərin sözlərinə görə İslamabad hazırda Küveytə döyüş qüvvələri göndərməyi planlaşdırmır.
İranın xarici işlər naziri Abbas Əraqçi İsraili ABŞ-ni “qalib gəlməsi mümkün olmayan seçim müharibəsinə” cəlb etməyə çalışmaqda ittiham edib. O, Prezident Donald Trampın tərəfdarlarını hədəf aldığı iddia olunan İsrailin təsir əməliyyatları barədə media materialına istinad edib.
Əraqçi həmçinin İsrailin tənqidçilərini susdurmaq üçün ABŞ vergiödəyicilərinin vəsaitindən istifadə etdiyini iddia edib. O, bütün bunların “tezliklə ifşa olunacağını” bildirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qətərdə yerləşən ABŞ-nin Əl-Udeyd aviabazasını hədəfə aldığını açıqlayıb. Bu barədə İranın dövlət xəbər agentliyi IRNA məlumat yayıb.
Ədən körfəzində hərəkət edən gəminin göyərtəsinə Yəmənin Əl-Mükəlla limanından 120 kilometr cənubda kənar şəxslər qalxıb. Bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Agentliyi məlumat yayıb.
İranın endirdiyi zərbə nəticəsində Küveytdə elektrik enerjisi istehsalı və suyun duzsuzlaşdırılması müəssisələrindən birinə ziyan vurub. Hücum nəticəsində yanğın baş verib və elektrik enerjisi istehsal edən bir neçə blokun fəaliyyəti pozulub.
Britaniya polisi 39 yaşlı kişini İranın kəşfiyyat xidmətinə yardım göstərməkdə ittiham edib. İttiham milli təhlükəsizlik qanunvericiliyinə əsasən irəli sürülüb. Bu, Birləşmiş Krallıqda Tehran tərəfindən dəstəkləndiyi iddia olunan fəaliyyətlərə qarşı mübarizənin gücləndirildiyi bir vaxta təsadüf edir.
SEPAH İordaniyada yerləşdirilmiş ABŞ qırıcılarını hədəfə aldığını bildirib. Bu barədə İranın dövlət mediası məlumat yayıb.
SEPAH donanması Omandakı radar obyektlərini, o cümlədən ABŞ-yə məxsus hava məkanına nəzarət radarını hədəfə alıb. Bu barədə ISNA informasiya agentliyi məlumat yayıb.
Agentlik SEPAH-ın bəyanatına istinadən bildirib ki, səhər saatlarında Salamə qayalıqlarında yerləşən dəniz nəzarəti radarı və Omanın Qanim bölgəsində ABŞ-yə məxsus hava məkanına nəzarət radarı hədəfə alınıb.
SEPAH hər iki radar sisteminin məhv edildiyini iddia edib.
Hörmüz boğazından keçən gəmilərin sayı may ayından bəri ən aşağı gündəlik səviyyəyə enib. İyulun 16-da boğazdan cəmi üç yük gəmisi keçib. ABŞ ilə İran arasında döyüşlərin yenidən başlaması fonunda bəzi gəmilər hərəkətini dayandırıb, digərləri isə geri dönüb.
Çin və Pakistan ABŞ ilə İran arasında dərhal atəşkəs elan olunmasına və danışıqların bərpasına çağırıb. Bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
İordaniya Silahlı Qüvvələri ölkəni hədəfə alan üç İran raketinin zərərsizləşdirildiyini bildirib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb, maddi ziyan qeydə alınmayıb.
SEPAH Suriyanın Əl-Tanf bölgəsində yerləşən keçmiş ABŞ bazasına zərbə endirdiyini bildirib. SEPAH hücumun İranşəhrdə iranlı hərbçilərin öldürülməsinə cavab olaraq həyata keçirildiyini açıqlayıb.
Bu iddia müstəqil şəkildə təsdiqlənməyib. ABŞ ordusu daha əvvəl həmin bazadan qüvvələrini çıxardığını bildirmişdi.
SEPAH, həmçinin ABŞ-nin hücumları davam etdiyi müddətdə İranın Hörmüz boğazı vasitəsilə neft və qaz ixracını dayandıracağını bildirib.
Hörmüz boğazından neft nəqli yaxın həftələrdə yaxşılaşmasa, dünya enerji təhlükəsizliyi risk altında qalacaq. Bu qənaətə Beynəlxalq Enerji Agentliyi (BEA) gəlib. Onun məlumatına görə, fövqəladə ehtiyatlar və ABŞ-də neft hasilatının artırılması təchizatdakı fasilələrin təsirini yalnız müəyyən müddət azalda bilər.
Agentliyinin rəhbəri Fatih Birol iyulun 16-da Xarici Əlaqələr Şurasının tədbirində bildirib:
“Neft təhlükəsizliyi hələ də mühüm məsələ olaraq qalır. Vəziyyət yaxın bir neçə həftə ərzində yaxşılaşmasa, narahat olmalıyıq. Mən də narahatam”, – deyə o bildirib.
ABŞ İranın cənubundakı Bəndər-Xəmir şəhərində körpülərə zərbə endirib. Hücum nəticəsində yeddi nəfər ölüb. Bu barədə IRNA agentliyi Hörmüzqan Tibb Elmləri Universitetinə istinadən məlumat yayıb.
Digər zərbənin ölkənin cənub-şərqində yerləşən Çabahar liman şəhərinə endirildiyi bildirilir. İranın dövlət mediası şəhərdə üç partlayış səsinin eşidildiyini açıqlayıb.
İyulun 17-də Bəhreyndə ikinci dəfə hava hücumu xəbərdarlığı verilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Hadisə regionda gərginliyin artdığı bir vaxtda baş verib.
Qətərin Müdafiə Nazirliyi ölkə qüvvələrinin iyulun 17-də səhər saatlarında İranın raket hücumunun qarşısını aldığını bildirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, raketin zərərsizləşdirilməsi zamanı bir uşaq qəlpədən yaralanıb və ona tibbi yardım göstərilib.
Paytaxt Dohada partlayışa bənzər səslər eşidilib, mobil telefonlara isə təhlükəsizlik xəbərdarlıqları göndərilib. ABŞ-nin İran ərazisinə zərbələrindən sonra rəsmi Tehran körfəz ölkələrinə hücumların sayını artırıb.
ABŞ-yə məxsus mərmilər iyulun 16-da axşam saatlarında Qeşm adasına və Bəndər-Abbas yaxınlığındakı ərazilərə düşüb. Hücumlar İranın ən böyük limanı yaxınlığındakı mövqeləri hədəfə alıb. Hörmüz boğazında yerləşən əsas hərbi-dəniz və SEPAH obyektlərinin ətrafına da zərbələr endirilib.
İran Səhiyyə Nazirliyi bildirib ki, avqustun 30-dan sentyabrın 2-dək ABŞ-nin həyata keçirdiyi hava zərbələri nəticəsində azı 18 nəfər ölüb, 142 nəfər yaralanıb.
Üç yüksəkvəzifəli iranlı mənbənin sözlərinə görə, ABŞ-nin neft blokadası və sanksiyalar vasitəsilə İran iqtisadiyyatına təzyiq göstərmək səyləri Tehran üçün getdikcə daha çətin vəziyyət yaradır. Vaşinqton gələcək danışıqlarda güzəştlər əldə etmək məqsədilə təzyiqləri artırır.
Rusiyanın TASS xəbər agentliyi anonim mənbəyə istinadən xəbər verir ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner həftəsonu əvvəlcə Rusiyaya, daha sonra Ukraynaya səfər edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ elçilərinin hər iki ölkənin paytaxtına səfər edəcəyini bildirib.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 3-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
ABŞ ölkənin 250 illik yubileyi münasibətilə Prezident Donald Trampın portreti olan xüsusi 1 dollarlıq sikkə buraxır.
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Müşahidə Şurası 2030-cu ilədək 100 min iş yerinin ixtisarını nəzərdə tutan genişmiqyaslı yenidənqurma planını təsdiqləyib. Şirkət bu addımı satışların zəifləməsi, mənfəətin azalması və qlobal rəqabətin güclənməsi fonunda atır.
Naurunun etirazına baxmayaraq, Sakit Okean adaları ölkələrinin liderləri Çinin raket sınağı ilə bağlı narahatlıqları ifadə ediblər. Sakit Okean Adaları Forumunun illik sammitində liderlər Çinin regionda keçirdiyi raket sınağı ilə bağlı narahatlıqlarını bildiriblər.
“Saudel” tayfunu Çinin cənubundakı Fucien və Quandun əyalətlərində genişmiqyaslı daşqınlara səbəb olub. Daşqın avtomobilləri aparıb və üçmərtəbəli binanın uçması ilə nəticələnib.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın