canlı Səudiyyə Ərəbistanı sahillərində tanker hücuma məruz qalıb
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili...
Mexiko sakinləri və turistlər ölkənin ən mühüm özəl sənət kolleksiyalarından birini Avropaya yola salınmazdan əvvəl son günlərində ziyarət ediblər. İyulun 19-da başa çatan sərgi ətrafında irs mübahisələri isə davam edir.
Mexikodakı Müasir İncəsənət Muzeyində fevralın 17-də açılan “Müasir hekayələr: Gelman Santander kolleksiyasından emblematik əsərlər” adlı sərgi 310 mindən çox ziyarətçi toplayıb. Sərgidə meksikalı film prodüseri Jak Gelman və sənət kolleksiyaçısı Nataşa Gelman tərəfindən toplanmış 68 əsər, o cümlədən Frida Kalo, Dieqo Rivera, Rufino Tamayo və Mariya İzkyerdonun rəsmləri nümayiş olunur.
2026-cı ilin yanvarında "Santander" şirkəti kolleksiyanın bir neçə il ərzində xaricdə nümayiş etdirilməsinə dair razılaşmanı elan etdikdən sonra mülkiyyət məsələsi ilə bağlı müzakirələr qızışıb. Qeyd edək ki, bu əsərlər iyirmi il idi ki, Meksikada nümayiş olunmurdu.
Tənqidçilər iddia edirlər ki, kolleksiyanın bir hissəsi, o cümlədən Meksika qanunları ilə qorunan və "bədii abidə" statusu daşıyan əsərlər 2023-cü ildə özəl şəxslər tərəfindən bank krediti ilə alınıb və sonradan "Santander" üçün girov kimi istifadə edilib.
Sənətçilərin və mədəniyyət qruplarının təzyiqlərindən sonra Meksika hökuməti əsərlərin 2028-ci ildə geri qaytarılacağını bildirib. Lakin tənqidçilər sızdırılmış bir müqaviləyə əsaslanaraq iddia edirlər ki, sənəd kolleksiyanın limitsiz şəkildə beşillik müddətlərlə xaricdə qalmasına icazə verir.
Müasir İncəsənət Muzeyinin direktoru Marisol Arquelles isə kolleksiyanın İspaniyada və digər məkanlarda nümayiş olunduqdan sonra iki il ərzində Meksikaya qayıdacağını bildirib. O qeyd edib ki, "Santander" Fondu tərəfindən idarə olunan 160 əsər əvvəlcə İspaniyanın Santander şəhərinə aparılacaq, daha sonra isə digər məkanlardakı sərgilərdə iştirak edəcək.
Kurator və jurnalist Qabriela Moskeda isə Meksika mədəniyyət rəsmilərini kolleksiyanı lazımi səviyyədə qoruya bilməməkdə, əvəzində isə özəl sahiblərin və "Santander" fondunun maraqlarına xidmət etməkdə günahlandırıb. Sənət əsərlərini Meksika tarixinin və kimliyinin mühüm xronikası, xalqın "güzgüsü" adlandıran Moskeda, kolleksiyanın ölkəni həmişəlik tərk etməsinin həm Gelman ailəsinin, həm də rəssamların iradəsinə zidd olduğunu vurğulayıb.
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərmi ilə vurulub.
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumları bərpa etməsini “biabırçılıq” adlandırıb. Qarşılıqlı hücumlar davam edir. Medianın məlumatına görə, Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları demək olar ki, tükənib.
Səudiyyə Ərəbistanında çalışan ABŞ hökumətinin əməkdaşları ölkənin hava limanlarından yalnız xüsusi icazə ilə istifadə edə bilərlər. Qərar ötən həftə husilərin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumu nəticəsində azı 13 nəfərin həlak olmasından sonra qəbul edilib.
AnewZ-un “Kontrapunkt: Almaniya–Azərbaycan ortaq tarixinin iki əsri” sənədli filmi təxminən iki əsr əvvəl Azərbaycan torpaqlarına köçən, şərabçılıqla tanınan icmalar quran və ölkənin mədəni irsində, memarlığında silinməz iz qoyan almanların həyatından bəhs edir.
Ağ Evin mətbuat katibi Keti Zakariya vəzifəsinin icrasına başlamasından bir həftə keçməmiş işdən çıxarılıb. Bununla da Tramp administrasiyası yeni mətbuat katibi axtarışına başlayıb. Zakariyanın Ağ Evin tarixində bu vəzifədə ən qısa müddət çalışmış şəxs olduğu bildirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 17-də bildirib ki, dekabrda Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş baş tuta bilər. Lakin nə ABŞ, nə də Rusiya mümkün görüşü hələ təsdiqləməyib.
Oktyabrın 17-də Banqkokda keçirilən Beynəlxalq Valyuta Fondunun (BVF) Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin (IMFC) iclasında Rusiyanın maliyyə naziri Anton Siluanov çıxış edərkən nümayəndələrin yarıya yaxını zalı tərk edib.
Avropa İttifaqı (Aİ) liderləri Brüsseldə keçirilən sammitdə avtomobil sənayesinə dəstək, Çinlə ticarət münasibətləri və Ukraynaya maliyyə yardımı məsələlərini müzakirə edərək bir sıra sahələr üzrə irəliləyiş əldə ediblər.
Oktyabrın 17-də Fransada yaşayış xərclərinin artmasına və digər sosial-iqtisadi problemlərə etiraz olaraq ölkəmiqyaslı aksiyaların keçirilməsi gözlənilir. Nümayişlərə tələbələrin, həmkarlar ittifaqlarının üzvlərinin və “Sarı jiletlilər” hərəkatının keçmiş iştirakçılarının qoşulacağı bildirilir.
Yerdən 400 kilometr yüksəklikdə, orbitdə altı ay keçirsəydiniz, ən çox nəyin həsrətini çəkərdiniz? Astronavtlara evlərini xatırladan şeylərdən biri də alışdıqları yeməklərdir.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın