canlı Səudiyyə Ərəbistanı sahillərində tanker hücuma məruz qalıb
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili...
Günə “AnewZ”un səhər xülasəsi ilə məlumatlı başlayın. İyulun 26-sı üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
İyulun 25-də Almaniyanın paytaxtı Berlində keçirilən cinsi azlıqların yürüşü zamanı ölümlə nəticələnən hadisə baş verib. “Christopher Street Day Pride” adlı tədbirin keçirildiyi ərazi yaxınlığında avtomobil izdihama çırpılıb. Hadisə nəticəsində bir nəfər ölüb, 17 nəfər yaralanıb.
Polis şəhərdəki islamçı qruplarla əlaqəsi olduğu ehtimal edilən şübhəlinin şəxsiyyətini müəyyən edib. Hüquq-mühafizə orqanları genişmiqyaslı axtarış əməliyyatına başlayıb.
Brandenburq darvazası yaxınlığında baş verən hadisə Avropanın ən böyük cinsi azlıqların yürüşlərindən birinin yarımçıq dayanmasına səbəb olub. Almaniya liderləri hadisəni pisləyib. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
İran Ukraynanın Xəzər dənizindəki ticarət gəmisinə zərbə endirdiyini bildirib. Rəsmi Tehran hadisə nəticəsində bir dənizçinin öldüyünü, digərinin isə yaralandığını açıqlayıb. Hadisəni düşmənçilik və cinayət xarakterli addım kimi qiymətləndirib.
İran etiraz olaraq Ukraynanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb. Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanın Yaxın Şərqdəki hücumları yönləndirmək üçün İrana peyk məlumatları verdiyini iddia edib.
Ukrayna bildirib ki, hədəfləri Rusiya hərbi-dəniz obyektləri və İranla əlaqəli hərbi yüklər daşıyan gəmilər olub.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kreml rəhbəri Vladimir Putinlə görüşündə Rusiya-Ukrayna müharibəsinin dondurulmasını təklif edib. O, tərəflərin İstanbul danışıqları əsasında müzakirələri bərpa edərək sülhə yaxınlaşa biləcəyini bildirib.
Tokayev deyib ki, beynəlxalq təhlükəsizlik zəmanətləri ilə dəstəklənən yeni diplomatik proses müharibəyə son qoya bilər. Kreml isə rəsmi Kiyevin hazırkı mövqeyi fonunda atəşkəsin mümkün olmadığını bildirib.
“Noul” tayfunu Çinin cənubundakı Quanqdon vilayətinə çatdıqdan sonra 700 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb. Bir neçə bölgədə güclü sel riski ilə bağlı ən yüksək xəbərdarlıq səviyyəsi elan edilib.
Tropik fırtına qurunun içərilərinə doğru irəlilədikcə zəifləsə də, meteoroloqlar güclü yağışların və daşqınların iyulun 28-nə qədər davam edə biləcəyini bildiriblər. Bu arada Honq Konq tayfundan sonra bərpa işlərinə başlayıb. Uçuşlar tədricən bərpa olunur.
Braziliyalı senator Flavio Bolsonaro prezidentlik uğrunda seçki kampaniyasına başlayıb. O, vergilərin azaldılacağını və cinayətkarlığa qarşı daha sərt siyasət yeridiləcəyini vəd edib.
Kampaniyanın təqdimatı zamanı ona Argentina Prezidenti Xavyer Miley dəstək verib.
Kampaniyanın başladığı vaxt Braziliya iki ABŞ rəsmisinin vizasını ləğv edib. Buna səbəb onların ölkənin seçki sisteminə etimadı zəiflədə biləcəyi ilə bağlı narahatlıqlar olub. Rəsmi Vaşinqton isə bu iddiaların əsassız olduğunu bildirib.
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərmi ilə vurulub.
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumları bərpa etməsini “biabırçılıq” adlandırıb. Qarşılıqlı hücumlar davam edir. Medianın məlumatına görə, Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları demək olar ki, tükənib.
Səudiyyə Ərəbistanında çalışan ABŞ hökumətinin əməkdaşları ölkənin hava limanlarından yalnız xüsusi icazə ilə istifadə edə bilərlər. Qərar ötən həftə husilərin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumu nəticəsində azı 13 nəfərin həlak olmasından sonra qəbul edilib.
AnewZ-un “Kontrapunkt: Almaniya–Azərbaycan ortaq tarixinin iki əsri” sənədli filmi təxminən iki əsr əvvəl Azərbaycan torpaqlarına köçən, şərabçılıqla tanınan icmalar quran və ölkənin mədəni irsində, memarlığında silinməz iz qoyan almanların həyatından bəhs edir.
Ağ Evin mətbuat katibi Keti Zakariya vəzifəsinin icrasına başlamasından bir həftə keçməmiş işdən çıxarılıb. Bununla da Tramp administrasiyası yeni mətbuat katibi axtarışına başlayıb. Zakariyanın Ağ Evin tarixində bu vəzifədə ən qısa müddət çalışmış şəxs olduğu bildirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 17-də bildirib ki, dekabrda Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş baş tuta bilər. Lakin nə ABŞ, nə də Rusiya mümkün görüşü hələ təsdiqləməyib.
Oktyabrın 17-də Banqkokda keçirilən Beynəlxalq Valyuta Fondunun (BVF) Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin (IMFC) iclasında Rusiyanın maliyyə naziri Anton Siluanov çıxış edərkən nümayəndələrin yarıya yaxını zalı tərk edib.
Avropa İttifaqı (Aİ) liderləri Brüsseldə keçirilən sammitdə avtomobil sənayesinə dəstək, Çinlə ticarət münasibətləri və Ukraynaya maliyyə yardımı məsələlərini müzakirə edərək bir sıra sahələr üzrə irəliləyiş əldə ediblər.
Oktyabrın 17-də Fransada yaşayış xərclərinin artmasına və digər sosial-iqtisadi problemlərə etiraz olaraq ölkəmiqyaslı aksiyaların keçirilməsi gözlənilir. Nümayişlərə tələbələrin, həmkarlar ittifaqlarının üzvlərinin və “Sarı jiletlilər” hərəkatının keçmiş iştirakçılarının qoşulacağı bildirilir.
Yerdən 400 kilometr yüksəklikdə, orbitdə altı ay keçirsəydiniz, ən çox nəyin həsrətini çəkərdiniz? Astronavtlara evlərini xatırladan şeylərdən biri də alışdıqları yeməklərdir.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın