Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Ukrayna Prezidenti Volodimir Zelenskinin verdiyi məlumata görə, Rusiyanın dron hücumu Kiyev vilayətindəki kəndlərdən birində üçyaşlı oğlan uşağı və onun nənə-babasının ölümünə səbəb olub. Gecə saatlarında Kiyevə endirilən ballistik raket zərbəsi nəticəsində isə daha bir nəfər həyatını itirib.
Rusiya son aylarda Kiyevə hücumlarını artırıb. Ukrayna isə Moskvanın müharibəni davam etdirmək imkanlarını zəiflətmək üçün Rusiyanın neft obyektlərinə və logistika infrastrukturuna zərbələri intensivləşdirib.
Həm Rusiya, həm də Ukrayna mülki şəxsləri hədəfə aldıqlarını inkar edirlər.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə ərzində 6 ballistik raket və 151 dron buraxıb.
Ukrayna Baş Qərargahı isə ölkə qüvvələrinin Rusiyanın İlski və Sızran neft emalı zavodlarına zərbə endirdiyini və hər iki obyektdə yanğın baş verdiyini bildirib.
Rusiyanın cənubundakı Krasnodar diyarının yerli hakimiyyət orqanları Ukraynanın dron hücumu nəticəsində beş nəfərin yaralandığını açıqlayıb.
Zelenski Moskvaya beynəlxalq təzyiqin artırılmasına çağırıb və Ukrayna ilə tərəfdaşlarının müharibənin başa çatmasını istədiyini bildirib.
“Avropa, Amerika və Ukrayna çoxdan bu Rusiya müharibəsini dayandırmaq istəyir”, – Zelenski “Telegram”da yazıb.
“Bunu istəməyən yalnız Putindir. O, müharibəni davam etdirmək üçün ballistik raketlərə və dronlara arxalanır. Daha çox təzyiq lazımdır”.
Zelenski hazırda Serbiyaya ilk səfərini edir. Ukrayna kimi Serbiya da Avropa İttifaqına üzv olmağa çalışır.
Ukrayna prezidenti ölkədə ABŞ istehsalı olan “Patriot” sistemləri üçün hava hücumundan müdafiə raketlərinin ciddi çatışmazlığı səbəbindən dəfələrlə əlavə hərbi yardım istəyib.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, iyulda ölkəyə atılan 195 ballistik raketdən yalnız 29-u vurulub.
Hərbi Hava Qüvvələri bildirib ki, son gecə hücumu zamanı 135 dron vurulub, lakin ballistik raketlərin qarşısını almaq mümkün olmayıb.
Kiyev vilayət administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, paytaxt yaxınlığındakı Brovarskı rayonunda Rusiyanın zərbələri üç ərazidə qeydə alınıb.
Bölgədə 10 fərdi yaşayış evi, həmçinin ticarət və sənaye obyektləri zərər görüb.
Zelenskinin sözlərinə görə, Kiyevdən təxminən 30 kilometr aralıda yerləşən Puhivka kəndində Rusiya dronunun hücumu nəticəsində üçyaşlı oğlan uşağı və onun nənə-babası həlak olub. Hücumdan sonra fərdi yaşayış evində yanğın baş verib.
Uşağın valideynləri, 15 yaşlı qardaşı və qonşularından biri yaralanıb.
Kiyevdə üç rayonda yanğın qeydə alınıb, ticarət obyektləri və anbarlara da ziyan dəyib.
"Reuters"in hadisə yerində olan şahidləri paytaxtın mərkəzini silkələyən bir neçə güclü partlayış səsi eşitdiklərini bildiriblər.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkiv vilayətində yerləşən İvanivka yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini bildirib.
"Reuters" bu məlumatı təsdiqləməyib. Ukrayna rəsmiləri isə məsələ ilə bağlı açıqlama verməyiblər.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın