canlı Səudiyyə Ərəbistanı sahillərində tanker hücuma məruz qalıb
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili...
Aylıq inflyasiyanın 20 faizə çatdığı Venesuelada hakimiyyət zəlzələdən sonrakı bərpa işlərinə və İngiltərə Bankında saxlanılan təxminən 4 milyard dollarlıq 31 ton qızılın geri qaytarılmasına diqqət yönəldəcək. Bunu parlament sədri Xorxe Rodriges deyib.
Sözügedən qızıllar uzun müddətdir Britaniya məhkəmələrindəki hüquqi çəkişmələrin mövzusudur. İngiltərə Bankı sabiq prezident Nikolas Maduronun hökumətini legitim tanımadığı üçün həmin qızılları qaytarmaqdan imtina edib.
Yanvar ayında Maduronun ABŞ tərəfindən həbs edilməsinə və icraçı prezident Delsi Rodrigesin Böyük Britaniya Kralı Çarlza müraciətinə baxmayaraq, qızıl ehtiyatları hələ də dondurulmuş vəziyyətdə qalır.
Xorxe Rodriges bildirib ki, hökumət və qanunvericilər mənzil tikintisi, səhiyyə, elektrik enerjisinin bərpası və dağıntıların təmizlənməsi kimi yenidənqurma layihələrini prioritetləşdirmək barədə razılığa gəliblər. Venesuelanın beynəlxalq aktivlərinin geri qaytarılması da bu səylərin bir hissəsidir.
Bu plan iyunun sonlarında ölkədə baş verən, 6000-dən çox insanın ölümünə və genişmiqyaslı dağıntılara səbəb olan iki güclü zəlzələdən sonra gündəmə gəlib.
Venesuela Mərkəzi Bankı təbii fəlakətin məhsulların tədarük zəncirinə zərbə vurduğunu və bunun inflyasiyanın kəskin artmasına səbəb olduğunu bildirib. "Reuters"in Mərkəzi Bankın məlumatlarına əsaslanan hesablamalarına görə, aylıq inflyasiya iyul ayında 19,9 faizə yüksəlib. İllik inflyasiya isə 575,9 faiz təşkil edib.
Bank avqust ayında inflyasiya tempinin yavaşlayacağını gözləyir.
Eyni mətbuat konfransında iqtidarda olan "çavistlər" (Chavistas) və müxalifət ölkənin Ali Məhkəməsinin bütün hakimlərinin dəyişdirilməsi barədə razılığa gəldiklərini elan ediblər. Bu, siyasi keçidi asanlaşdırmaq məqsədilə ABŞ-nin dəstəklədiyi dialoq çərçivəsində əldə olunan ilk razılaşmalardan biridir.
Müxalifətin nümayəndə heyətinin rəhbəri Dinora Fiqera qərarların icrasına avqustda başlanacağını bildirib.
Fiqeranın sözlərinə görə, razılaşmaların icrasına bu ilin avqustundan konkret addımlar və rəsmi bəyanatlarla başlanılacaq. Proses çərçivəsində yaradılan iş mexanizmi bütün öhdəliklərin dəqiq yerinə yetirilməsini təmin edəcək.
Xorxe Rodriges əlavə edib ki, tərəflər geri qaytarılan aktivlərin zəlzələdən zərər çəkənlərin xeyrinə səmərəli istifadə olunmasını təmin etmək məqsədilə şəffaflıq, hesabatlılıq və audit mexanizmlərinin yaradılması barədə də həmfikirdirlər.
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərmi ilə vurulub.
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumları bərpa etməsini “biabırçılıq” adlandırıb. Qarşılıqlı hücumlar davam edir. Medianın məlumatına görə, Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları demək olar ki, tükənib.
Səudiyyə Ərəbistanında çalışan ABŞ hökumətinin əməkdaşları ölkənin hava limanlarından yalnız xüsusi icazə ilə istifadə edə bilərlər. Qərar ötən həftə husilərin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumu nəticəsində azı 13 nəfərin həlak olmasından sonra qəbul edilib.
AnewZ-un “Kontrapunkt: Almaniya–Azərbaycan ortaq tarixinin iki əsri” sənədli filmi təxminən iki əsr əvvəl Azərbaycan torpaqlarına köçən, şərabçılıqla tanınan icmalar quran və ölkənin mədəni irsində, memarlığında silinməz iz qoyan almanların həyatından bəhs edir.
Ağ Evin mətbuat katibi Keti Zakariya vəzifəsinin icrasına başlamasından bir həftə keçməmiş işdən çıxarılıb. Bununla da Tramp administrasiyası yeni mətbuat katibi axtarışına başlayıb. Zakariyanın Ağ Evin tarixində bu vəzifədə ən qısa müddət çalışmış şəxs olduğu bildirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 17-də bildirib ki, dekabrda Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş baş tuta bilər. Lakin nə ABŞ, nə də Rusiya mümkün görüşü hələ təsdiqləməyib.
Oktyabrın 17-də Banqkokda keçirilən Beynəlxalq Valyuta Fondunun (BVF) Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin (IMFC) iclasında Rusiyanın maliyyə naziri Anton Siluanov çıxış edərkən nümayəndələrin yarıya yaxını zalı tərk edib.
Avropa İttifaqı (Aİ) liderləri Brüsseldə keçirilən sammitdə avtomobil sənayesinə dəstək, Çinlə ticarət münasibətləri və Ukraynaya maliyyə yardımı məsələlərini müzakirə edərək bir sıra sahələr üzrə irəliləyiş əldə ediblər.
Oktyabrın 17-də Fransada yaşayış xərclərinin artmasına və digər sosial-iqtisadi problemlərə etiraz olaraq ölkəmiqyaslı aksiyaların keçirilməsi gözlənilir. Nümayişlərə tələbələrin, həmkarlar ittifaqlarının üzvlərinin və “Sarı jiletlilər” hərəkatının keçmiş iştirakçılarının qoşulacağı bildirilir.
Yerdən 400 kilometr yüksəklikdə, orbitdə altı ay keçirsəydiniz, ən çox nəyin həsrətini çəkərdiniz? Astronavtlara evlərini xatırladan şeylərdən biri də alışdıqları yeməklərdir.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın