canlı Tramp APEC sammitində Putinlə üçtərəfli danışıqlardan öncə Si Cinpinlə görüşəcək
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə...
Nepal hakimiyyəti oktyabrın 11-də ölkənin mərkəzi hissəsində baş verən daşqından sonra sakinləri təhlükəsiz ərazilərə köçməyə çağırıb. Sel suları bir neçə evi və infrastruktur obyektini aparıb. İlkin məlumatlara görə, ölən və yaralanan yoxdur.
Rəsmilərin məlumatına görə, paytaxt Katmandudan təxminən 100 kilometr qərbdə yerləşən Qorxa rayonunun Çumnubri kəndində torpaq sürüşməsi Budhi-Qandaki çayının məcrasını bağlayıb. Nəticədə çayın aşağı axarında daşqın baş verib.
Budhi-Qandaki Trişuli çayının qollarından biridir. Avqustda həmin çay hövzəsində buzlağın qopması nəticəsində də güclü daşqın baş vermişdi.
Rəsmilərin sözlərinə görə, sel suları təxminən 12 evi və iki asma körpünü aparıb. Su elektrik stansiyasının tikinti düşərgəsinə də ziyan dəyib.
“Çayda palçıqlı sel sularının səviyyəsi yüksəlir. Daşqın Qorxa rayonunu qonşu Dhadinq rayonu ilə birləşdirən avtomobil körpüsünü də aparıb”, – Nepalın Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi üzrə Milli Qurumunun rəhbəri Dharam Rac Upreti bildirib.
Nepalın fövqəladə hallar qurumları Qorxa, Tanahun, Çitvan, Şərqi Navalparasi və Qərbi Navalparasi rayonlarında çay sahillərində yaşayan sakinlərə daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər.
Nepalın Baş naziri Balendra Şah sosial şəbəkədə bildirib ki, hərbçilər Caqat yaşayış məntəqəsində torpaq sürüşməsi təhlükəsi ilə üzləşən altı nəfəri xilas ediblər.
Təbii Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi üzrə Milli Qurumun rəhbəri Dharam Rac Upretinin sözlərinə görə, daşqının ziyan vurduğu su elektrik stansiyasının tikinti düşərgəsində çalışan daha 18 işçi təhlükəsiz yerə çıxıb.
Rəsmilərin məlumatına görə, hərbi və polis xilasediciləri hadisə yerinə çatıblar. Əraziyə helikopterlə də nəzarət edilir.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Manilada Filippin Prezidenti Ferdinand Markosla görüşür. Onun daha sonra Çində Si Cinpin və Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır.
Asiya-Sakit okean regionunun liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti üçün Çinin cənubundakı Şencen şəhərində toplaşırlar. Sammitdə əsas diqqət ticarət, iqtisadi əməkdaşlıq və süni intellekt məsələlərinə yönəlib.
AnewZ-un 17 noyabr tarixli gündəlik icmalında beynəlxalq görüşlərin əsas məqamlarına nəzər salırıq. İslamabadda ticarət, Manilada dəniz təhlükəsizliyi, Çində böyük dövlətlərin münasibətləri, Türkiyədə iqlim maliyyəsi, Brüsseldə isə Ukraynanın təhlükəsizliyi müzakirə olunur.
ABŞ ilə Rusiyanın mümkün sövdələşmə üçün şərtlər formalaşdırması Ukraynanın başı üzərində kəskin bir qılınc kimi asılıb.
ABŞ Prezidenti Donald Tramp Filippinin paytaxtı Manilada keçirilən ASEAN-ın 49-cu sammitində iştirak etmək üçün ölkəyə gedib. Dünya liderlərinin görüşündə ticarət, regional təhlükəsizlik və Çinlə münasibətlərdə yaranan gərginlik əsas müzakirə mövzularıdır.
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ikitərəfli, daha sonra isə Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi üçtərəfli görüş keçirməsi gözlənilir.
Səudiyyə Ərəbistanı Yəməndəki husilərə qarşı hərbi əməliyyatların daha altı ay davam edə biləcəyini gözləyir. Ər-Riyad sülh danışıqlarına başlamazdan əvvəl Yəməndəki müttəfiqlərinin yeni əraziləri ələ keçirməsinə çalışır. Bu arada husilərin ölkəyə hücumları gündəlik həyata ciddi təsir göstərir.
Çinin cənubundakı Şencen şəhərində noyabrın 18–19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü liderlər sammiti keçirilir. Tədbirdə artan qlobal gərginlik fonunda ticarət, texnologiya və regional əməkdaşlıq məsələləri müzakirə olunur.
Ukraynanın Rusiyanın işğalı altında olan Krım yarımadasını Rusiya ilə birləşdirən Kerç körpüsünün bir hissəsini dağıtmasından bir gün sonra, noyabrın 18-də Rusiya və Ukraynada infrastruktur obyektlərinə yeni hücumlar olub.
“Syrian Airlines” aviaşirkəti Bəşər Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında süqutundan təxminən iki il sonra Hələb və Moskva arasında birbaşa uçuşları bərpa edib. İlk reys noyabrın 18-də Hələbdən yola düşüb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın