Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
Hindistanın Patna və Mumbay şəhərlərində tələbə təşkilatları, müxalifət qrupları və gənc fəallar oktyabrın 16-da etiraz aksiyaları keçirərək ölkənin baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb ediblər. Etirazlara seçici siyahılarında edilən dəyişikliklər səbəb olub.
Tənqidçilər bu dəyişikliklərin Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Bharatiya Canata Partiyasının (BJP) xeyrinə olduğunu iddia edirlər.
Yenilənmə zamanı 130 milyondan çox seçicinin adı siyahılardan çıxarılıb. Hindistanın Seçki Komissiyası hər hansı siyasi partiyaya üstünlük verilməsi ilə bağlı ittihamları rədd edib. Qurum siyahılardan əsassız olaraq çıxarılan vətəndaşların yenidən qeydiyyatdan keçə biləcəyini bildirib.
BJP isə müxalifət partiyalarını qanuni seçki prosedurlarına etiraz edərək demokratiyaya xələl gətirməkdə ittiham edib.
Patna şəhərində Hindistan Tələbələr Federasiyasının (SFI) və Hindistan Demokratik Gənclər Federasiyasının (DYFI) üzvləri və tərəfdarları bayraqlar qaldırıb, şüarlar səsləndirib və polis barrikadalarını aşmağa çalışıblar.
Polis nümayişçiləri geri çəkilməyə məcbur edərkən tərəflər arasında qarşıdurma yaranıb.
Etirazçılardan biri hökuməti ölkədə elan edilməmiş fövqəladə vəziyyət rejimi tətbiq etməkdə və siyasi liderləri həbs etməkdə ittiham edib. O, Kumar istefa verənədək aksiyaların davam edəcəyini bildirib.
Bu ay seçici siyahılarının yenilənməsinə qarşı demək olar ki, hər gün keçirilən etiraz aksiyaları davam edir.
Mumbayda gənclərin yaratdığı “Tarakan Xalq Partiyası”nın (CJP) üzvləri və tərəfdarları da etirazlara qoşulublar. Onlar Hindistan bayraqlarını dalğalandıraraq şüarlar səsləndiriblər.
Partiyanın təsisçisi Abhicit Dipke bildirib ki, aksiya həftənin əvvəlində nümayişlərin qadağan edildiyi ərazidə etiraz keçirdiklərinə görə saxlanılan və beş sutka müddətinə həbs edilən iki CJP rəhbərinə dəstək məqsədilə təşkil olunub.
Bundan əlavə, CJP və solçu tələbə təşkilatları tərəfdarlarını oktyabrın 16-sı axşam saatlarında Yeni Dehlinin Konnot-Pleys bölgəsindəki Mərkəzi Parka toplaşmağa çağırıblar. İştirakçıların aksiya zamanı Hindistan bayraqlarını dalğalandırması nəzərdə tutulub.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) noyabrın 8-də ABŞ-nin silah və sanksiyalarla məhdudlaşdırılan digər materialların daşınmasının qarşısını almaq üçün başlatdığı yeni əməliyyatın nəticə verməyəcəyini bildirib.
Polşada Krakov şəhərində altı nəfərin ölümü ilə nəticələnən kütləvi atışmadan sonra noyabrın 8-də ölkə üzrə ikigünlük matəm elan edilib. Polis hadisə ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.
Türkiyənin Antalya şəhərində noyabrın 9-da başlayacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib.
Rusiyanın noyabrın 8-nə keçən gecə Ukraynanın Dnepropetrovsk vilayətinin enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində 600 mindən çox sakin elektrik enerjisiz qalıb. Bu barədə Ukraynanın DTEK enerji şirkəti məlumat yayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Yəməndə husilərə qarşı döyüşən koalisiya noyabrın 8-də İranın dəstəklədiyi qruplaşmanın Ər-Riyad istiqamətində atdığı iki ballistik raketin havada vurularaq məhv edildiyini açıqlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın