Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
2026-cı il Venesiya Film Festivalının proqramı açıqlanıb. Budəfəki seçimlərdə son illərlə müqayisədə böyük Hollivud studiyalarının filmləri azalıb, müstəqil və müəllif kinosuna daha çox yer ayrılıb.
Buna baxmayaraq, təşkilatçılar festivalın 2-12 sentyabr tarixlərində keçiriləcək növbəti buraxılışında çoxsaylı məşhur simaların iştirak edəcəyini gözləyir.
Corc Kluni, Robert Pattinson, Con Malkoviç, Penelopa Kruz, Runi Mara və Xavyer Bardemin festivalda iştirakı gözlənilir. Liam və Noel Qallaqerlər isə “Oasis” qrupu haqqında sənədli filmin premyerasını təqdim edəcəklər.
Əsas müsabiqədə Martin Makdonax, Denni Boyl, Florian Zeller, Verner Hersoq və Hirokazu Kore-edanın yeni filmləri “Qızıl Şir” mükafatı uğrunda mübarizə aparacaq.
Festival Denni Boylun rejissoru olduğu və Qay Pirsin media maqnatı Rupert Merdok obrazını canlandırdığı “Ink” filmi ilə açılacaq. Martin Makdonax da “Wild Horse Nine” filmi ilə Venesiyaya qayıdır.
Festivalın direktoru Alberto Barbera bildirib ki, təşkilatçılar rekord sayda — 4 500 film müraciətinə baxıblar. O, Hollivudun iştirakının azalmasına baxmayaraq, qlobal kino sənayesinin güclü olaraq qaldığını vurğulayıb.
Böyük studiyalar və yayım platformaları büdcə məhdudiyyətləri, istehsal proseslərinin yavaşlaması və tənqidçilərin reaksiyası ilə bağlı narahatlıqlar səbəbindən Avropanın aparıcı film festivallarında iştiraklarını azaldıblar.
Əsas müsabiqədən kənarda festival “Don't Look Back in Anger” sənədli filminin dünya premyerasına ev sahibliyi edəcək. Film Qallaq qardaşlarının münasibətini və “Oasis” qrupunun 2025-ci ildəki yenidən birləşmə turunu araşdırır.
Digər sənədli filmlər arasında rejissor Aleks Gibninin İlon Mask haqqında hazırladığı təxminən 4 saatlıq film, Rassel Krounun “What Love Builds” musiqi sənədli filmi və “Diesel” brendinin qurucusu Renzo Rosso haqqında “Be Brave” filmi yer alır. Sonuncu film demək olar ki, tamamilə süni intellektdən istifadə edilərək hazırlanıb.
“Qızıl Şir” uğrunda mübarizə aparan 20 film arasında yalnız biri qadın rejissor tərəfindən çəkilib. Danimarkalı rejissor May El-Tuxinin “Woman Unknown” dramı əsas müsabiqədə qadın rejissorun təqdim etdiyi yeganə filmdir.
Festivalın münsiflər heyətinə Meggi Gyllenhaal rəhbərlik edəcək. Corc Kluni və Ellen Börstin isə ömürboyu nailiyyətlərinə görə “Qızıl Şir” fəxri mükafatına layiq görüləcəklər.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Türkmənistanın arxiv kolleksiyası ilk dəfə YUNESKO-nun “Dünya yaddaşı” proqramının Asiya və Sakit okean üzrə regional reyestrinə daxil edilib.
Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyi 2027-ci ildə keçiriləcək Kostyum İnstitutunun sərgisi və “Met Gala” tədbirinin mövzusunu açıqlayıb. Tədbirlər dizaynerlərin gündəlik geyimləri və adi materialları sənət əsərlərinə çevirməsinə həsr olunacaq.
AnewZ-un Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə tərəfdaşlıq çərçivəsində hazırladığı yeni sənədli film bir əsrlik açıqca kolleksiyası vasitəsilə Azərbaycanın neft yüksəlişinin arxasındakı insan hekayələrini canlandırır.
Avstraliya iki qədim daş heykəlin baş hissələrini Çinə qaytarıb. Onlar 30 ildən çox əvvəl ölkənin mərkəzi hissəsindəki imperator məzarlarından oğurlanıb.
Özbəkistanda yerli geyim istehsalçılarının öz brendlərini yaratmasına və beynəlxalq bazarlara çıxmasına kömək etmək üçün yeni moda akademiyası açılır. Akademiya dizayn sahəsində mütəxəssislər də hazırlayacaq.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın