Hindistanda seçki komissiyası rəhbərinin istefasını tələb edən 2 mindən çox etirazçı saxlanılıb
Hindistan polisi Yeni Dehlidə seçici siyahılarındakı mübahisəli dəyişikliklərə görə baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb edən 2 mindən...
İranın keçmiş mifologiyasına, inanclarına və tarixinə söykənərək yazılan “Şahnamə” poema və ya poeziya nümunəsi olduğu qədər müasir siyasətdə təsirli alətdir. Əbülqasim Firdovsinin Sultan Mahmud Qəznəviyə ithaf etdiyi bu monumental əsər, müasir dövrdə İranın strateji-ideoloji strukturunda mövqelənib.
İran ideoloji aparatının tezislərinə nəzər salanda bulanıqlıq durulur: çünki səthi yanaşmadan fərqli olaraq, Tehranın “Şahnamə”yə münasibəti eyhamlı doktrinadır. İranın ruhani sistemində “Şahnamə”nin məntiqi İran geosiyasətinin təhlili üçün fərqli bir açardır.
Təxminən 60 min beytdən ibarət olan bu əsər, ilk mifoloji hökmdarlardan Sasanilərin süqutuna qədərki epoxanı xronoloji çərçivəyə salır.
Bu tarixi-mədəni, ədəbi irsin təzahürlərini, ideoloji elementlərini İran İslam Respublikasının modern xarici və daxili siyasətində müşahidə etmək mümkündür.
Çünki İran rejimi poemanı keçmiş həyat hekayəsi olmaqdan çıxararaq onu müasir xarici təhdidlərə qarşı daxili müqavimət reaksiyasını formalaşdıran kollektiv yaddaşın məntiqinə calaq edib. Bunun üçün İran ideoloji-siyasi istiblişmenti ictimai şüura təsir edən dərin çərçivəni gündəmdə saxlayır.
İran milli kimliyini canlı tutmaq İslam İnqilabı ideyalarını yayan İran hakimiyyətinə çox lazımdır. “Şahnamə”dən istifadə İran ali rəhbərliyinin mirasını qoruyan alternativ bir siyasi nizam təqdim edir. Beləliklə, “Şahnamə”nin əhatəliliyində İranın bugünkü hakimiyyəti öz təbəqəsini və ideoloji idaretmə formasını qoruyan mexanizm yaradır.
Əbülqasim Firdovsi yaradıcılığında Cəmşidin taxta çıxması İranın mədəni-siyasi intibahının təməl nöqtəsidir. Lakin bu intibahın daxili tənəzzül nəticəsində ərəb mənşəli Zöhhakın (İranda siyasi ittihamlar irəli sürülərkən Zöhhak adından istifadə edilir) istilası ilə kəsilməsi, əsərdə fundamental bir geosiyasi travma kimi kodlaşdırılır.
Bu epik xətt “Şahnamə”nin fabulasında müharibə və sülh periodlarını təbii tarixi tsikllər kimi möhürləyən prosesləri başladır. Sözügedən dövrlər, mifoloji dövlət aparatının özünübərpa və davamlılıq mexanizminin dialektik alətləri kimi çıxış edir.
Eyni dialektikanı bu gün İran İslam Respublikasının xarici siyasət arxitekturasında da izləmək mümkündür. Tehranın regional proksi müharibələri ilə qlobal barışıq kampaniyası arasında manipulyasiya etdiyi cari strategiyası, əslində qədim imperiya yaddaşının modern dövrdəki funksional simvolizasiyasıdır. Firdovsinin kodlaşdırdığı “təhdid və dirəniş” dövrü , bu gün İran diplomatiyasının həm rəqabət, həm də kompromis masalarındakı gizli doktrinasının bir hissəsidir.
“Şahnamə”nin miras kimi qalması elə də asan olmayıb. Fransada sürgündə olan Ruhullah Musəvi Xomeyni 1979-cu ildəki İslam İnqilabı ilə siyasi karyerasının ən yüksək pilləsinə yüksələndən sonra “Şahnamə” İslama zidd və Pəhləvi sülaləsinin təbliğat vasitəsi kimi qiymətləndirildi.
Bu neqativ dəyərləndirmələr daha sonra sürətlə dəyişdirildi. İslam İnqilabından dərhal sonra başlayan İran-İraq müharibəsi zamanı rejim xalqı səfərbər etmək üçün dini şüarlarla yanaşı, “Şahnamə”nin vətənpərvərlik və müdafiə kodlarından geniş istifadə etdi. Bununla da, “Şahnamə”dəki prioritetlər İslam İnqilabı ideologiyası ilə sintez olundu.
Xomeyninin xələfi Seyid Əli Xamenei ali rəhbər olandan sonra öz çıxışlarında Firdovsini İranın fəxri adlandırdı və bəyan etdi ki, “Şahnamə” təkcə mifologiya yox, əxlaq və tövhid doktrinasıdır.
Xamenei Firdovsinin antik yaddaşını Zərdüştilik köklərindən qətiyyətlə qopararaq, “Şahnamə”ni tamamilə İslam ilahi hikmətinin bir təzahürü kimi yenidən şərh etdi. Əsərdəki dindar şahzadə İsfəndiyar obrazını modern dövrün “Hizbullah” döyüşçüləri prototipi ilə eyniləşdirən dini lider, mifik keçmişi bu günün rejim elitası üçün bir legitimlik resursuna çevirdi.
Seyid Əli Xameneinin əhəmiyyətli transformasiyada ideoloji rıçaqları əlinə alması bugünkü İran siyasətində “Şahnamə”nin dəyərini daha da artırıb.
Məqsəd, vaxtilə şah rejiminin fars millətçiliyi simvolu olan dastanı sekulyar kütlənin əlindən alıb islamlaşdırmaq və ideoloji-dini saflığın mövcud dövlət aparatından daha uca olduğunu əsaslandırmaqdır.
SEPAH Qüds Qüvvələrinin komandanı Qasım Süleymani öldürülməmişdən öncə onun brendləşməsi üçün “Şahnamə” motivlərindən istifadə edilirdi. Yaxın Şərqdəki hərbi-siyasi və ideoloji fəaliyyəti fonunda Süleymaninin “Şahnamə”dəki pəhləvan Rüstəmlə indeksləşdirilməsi İran ictimai-siyasi diskursunda birmənalı qarşılanmırdı.
2020-ci ilin əvvəlində SEPAH-ın Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsindən sonra isə bu xətt transformasiya olunur. Süleymaninin şəxsiyyəti ətrafında ikiqat mifik-dini legitimlik xətti qurmaq üçün yeni imkanlar açılır.
Rejimin ideoloji aparatı generalın obrazını Kərbəlada Yezidə qarşı dirəniş göstərərkən öldürülən İmam Hüseynin Aşura arxetipi ilə Firdovsinin “Şahnamə”sindəki qəhrəmanlıq kodlarının unikal sintezinə çevirir. Bu dini-milli simvolizm daxili və regional auditoriyaya eyni vaxtda həm şiə məzlumiyyəti və qisas ritorikasını, həm də minillik imperiya qoruyuculuğu kultunu aşılamaq məqsədi daşıyır.
Ancaq mifik arxetiplərin modern siyasətdə institusionallaşması daxili auditoriyaya xitabla məhdudlaşmayaraq ən ali beynəlxalq tribunalarda da özünü göstərir.
İsrailin Baş naziri Benyamin Netanyahunun BMT-dəki çıxışı zamanı İran nümayəndə heyətinin salonu tərk edərək öz stullarında Qasım Süleymaninin şəklini buraxması, situativ etiraz deyildi. O, “Şahnamə”yə əsaslanan dərin kodlaşdırılmış mənanı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdı.
Bunu hadisənin ideoloji quruluşunu şərh edən İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqainin yazdığı sətirlər arasında tapmaq olur. Cənab Bəqai, bəyanatına “Şahnamə”dən mifik şahzadə Siyavuşun haqsız qətlinə və dinməyən intiqam qanına həsr olunmuş misralarla başlayanda bu simvolizmlə dünyaya mesaj verir. O, Qasım Süleymanini modern dövrün “Siyavuşu” kimi qiymətləndirərək belə deyir: “Siyavuş öldürüldü, amma onun qanı “Şahnamə”də susmadı: İran və Turandan bir nərə gəlir - Qanımdan bir dünya qaynayacaq”.
ABŞ-İsrail müttəfiqliyinin fevralın 28-də İrana başlayan hücumlarından sonra Seyid Əli Xameneinin varisliyi təmin edildi. Onun oğlu Möctəba Xamenei hakimiyyətin başına keçdi.
Müharibədən sonra heç zaman ictimaiyyət arasında görünməməsinə baxmayaraq, onun müxtəlif tezliklərdə müraciətləri yayımlanır. Bu müraciətlərdə Firdovsi yaradıcılığına da xitab edilir.
Müctəba Xamenei, ölkənin üzləşdiyi müasir hərbi-siyasi böhranları birbaşa Firdovsi irsi ilə eyniləşdirərək, son münaqişələri “Üçüncü Müqəddəs Müdafiə” dastanına bənzədir. Bununla da o, “Şahnamə”nin əslində İranın bugünkü yaşayan reallığı olduğunu bəyan edir.
Yeni ali rəhbər mədəniyyət və incəsənət xadimlərini milli dastanın müəllifi kimi tarixi məsuliyyət daşımağa çağıraraq, müasir dövrün dirəniş hekayələrini əbədiləşdirməyi bir vəzifə kimi qarşıya qoyur.
Bu ritorika bir daha təsdiqləyir: Rəsmi Tehran üçün qədim epos tarixi miras olsa da, o, müasir dövlətin asimmetrik qarşıdurmalarını və hərbi səfərbərlik kampaniyalarını legitimləşdirən canlı ideoloji doktrinadır.
“Şahnamə” üzərindən ideoloji mənimsəmə prosesinin daha institusional və birbaşa xarakter almasının başqa bir dərin motivi də var. Bunu oxumaq üçün başqa məqama diqqət yetirmək lazımdır.
“Şahnamə”də İran-Turan müharibələri fonunda türklər İranın bir parçası kimi təsvir edən metodologiya əsasən iki hadisə ilə göstərilir.
Birincisi, divləri məğlub edən Fəridun taxta çıxdıqdan sonra 3 oğlu – İrəc, Tur və Səlmi- müxtəlif diyarlara hökmdar təyin edir. İran İrəcin payına düşəndə Tur və Səlm hərisliyə və qısqanclığa qapılaraq atalarının qərarına etiraz edirlər. Sonradan Səlm İrəcin qətlinin ideya müəllifi, Tur isə həmin qətlin icraçısı olur.
Burada Turan toponimi mifik hökmdar Turun (sonradan qisasla öldürülür) adı ilə simvolizə olunur. Beləliklə, Turan dövləti İranla eyni bioloji kökdən — divlərə qalib gələn Fəridunun soyundan törəyən əzəli və ortaq qanlı bir rəqib kimi tarix səhnəsinə çıxır.
Rüstəm türk qızı Təhminədən olan oğlu Söhrabı tanımadan döyüş meydanında öldürəndə bu məsələyə daha dramatik bir fon verilir. Daha sonra Siyavuş da türk hökmdarı Əfrasiyabın qızı Firəngiz ilə evlənir.
Bu gün “Şahnamədəki” İran-Turan savaşı və nikah modelinə əsaslanan xətt rəsmi Tehranın simvolikasında əhəmiyyətli hiyləyə çevrilib. Xüsusilə pan-İranist və bəzi teokratik xətlər həmin hekayələrə istinad edərək türkləri qədim İran sivilizasiyasının bir parçası kimi qələmə verirlər.
Başqa siyasi hadisələr isə bunun da fövqünə çıxır, çünki “Şahnamə” üzərindən mənalandırma və təhlil apardıqda, Məsud Pezeşkianın İranın türk Prezidenti olması diqqətdən kənarda qala bilməz.
Məsud Pezeşkian özü də ictimai mesajlarında “Şahnamə”yə yüksək qiymət verərək, dövlətin İran mərkəzli ortaq sivilizasiya doktrinasına sadiqliyini nümayiş etdirib.
Pezeşkianın çıxışlarında xüsusi vurğuladığı “İran yoxdursa, mənim bədənim də olmasın” misraları, beynəlxalq təhdidlər qarşısında ölkədəki fərqli etnik qrupları vahid bir vətənpərvərlik çətiri altında səfərbər etmək məqsədi daşıyır.
Onun bu rəğbəti ali teokratik sistemin “Şahnamə”ni islamlaşdırma və milliləşdirmə siyasətinə tam uyğun gəlir. Başqa yandan mövcud hakimiyyətin ideoloji idarəetmə mexanizmini həm daxildə, həm də xaricdə gücləndirən simvolik bir alət rolunu oynayır.
MDB ölkələrinin liderləri əhalinin siyahıyaalınması ilə bağlı qərar qəbul ediblər. BELTA-nın məlumatına görə, sənəddə siyahıyaalınmanın 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirilməsi təklif olunur. Qərar oktyabrın 9-da Türkmənistanda keçirilən iclasda qəbul edilib.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı oktyabrın 10-da hücuma məruz qalıb. Səudiyyə Ərəbistanının mülki aviasiya qurumu hadisə nəticəsində bir neçə nəfərin yaralandığını və hava limanının fəaliyyətinin müvəqqəti dayandırıldığını təsdiqləyib.
Turizm ənənəvi olaraq iqtisadiyyatın qeyri-sabitliyə ən həssas sahələrindən biridir.
ABŞ İranın xam neftinin, neft məhsullarının və neft-kimya məhsullarının xarici bazarlara daşınması ilə əlaqəli 17 gəmiyə və bir sıra şirkətə qarşı yeni sanksiyalar tətbiq edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumları nəticəsində iki gün ərzində 70-dən çox insanın həlak olmasından sonra ABŞ-ni sərt tənqid edib. O bildirib ki, Vaşinqton Rusiyanın hücumlarının qarşısını almaq üçün Ukraynaya kifayət qədər yardım göstərmir.
Turizm ənənəvi olaraq iqtisadiyyatın qeyri-sabitliyə ən həssas sahələrindən biridir.
Azərbaycan Cənubi Qafqazın aparıcı gücünə çevrilib. Regionun Şərq yarımkürəsindəki əhəmiyyəti də getdikcə artır. Cənubi Qafqaz Asiya ilə Avropa arasında mühüm əlaqələndirici rol oynayır. Bu isə Azərbaycanın əhəmiyyətini regionun hüdudlarından kənara çıxarır.
ABŞ Prezidenti Donald Trampla Çin Prezidenti Si Cinpin arasında Vaşinqtonda keçirilən son görüş iki qlobal gücün mühüm qarşılaşmasına xas bütün rəmzi elementlərlə təqdim olundu.
“OpenAI” tərəfindən hazırlanmış süni intellekt sisteminin Avstraliyanın “Medicare” dövlət səhiyyə sisteminin statistik məlumat portalına icazəsiz giriş əldə etməsi ilə bağlı son açıqlama texnoloji tərəqqinin istiqaməti barədə narahatedici reallığı üzə çıxarıb.
BMT Baş Assambleyasının 81-ci sessiyasının ilk debatları kollektiv vədlərlə icrası təmin edilə bilən qərarlar arasındakı boşluğu üzə çıxarıb. Əsas sual budur: hərəkət etmək gücünə malik dövlətlər razılığa gələ bilmədikdə BMT hansı nəticəni təmin edə bilər?
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın