canlı Səudiyyə Ərəbistanı sahillərində tanker hücuma məruz qalıb
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili...
Qazaxıstanın kənd təsərrüfatı sektoru bu yay ikiqat təzyiqə məruz qalıb. Bir tərəfdən anomal hava şəraiti məhsuldarlığı azaldır, digər tərəfdən isə Qara dənizdə artan təhlükəsizlik riskləri regional taxıl ticarətini dəyişməklə hədələyir.
Qazaxıstan Taxıl İttifaqının Analitika Komitəsinin rəhbəri Yevgeni Karabanovun sözlərinə görə, davamlı isti və yağışsız hava ölkənin əsas taxılçılıq regionlarına mənfi təsir göstərib. Akmola vilayətinin cənub hissəsi, eləcə də Qaraqanda, Pavlodar, Şərqi Qazaxıstan və Abay vilayətlərində məhsullar inkişafın mühüm mərhələsində susuz qalıb. Nəticədə, Qazaxıstanda buillik taxıl yığımının keçənilki rekord göstəricidən aşağı olacağı gözlənilir.
Zəif məhsuldarlıq qlobal əmtəə bazarlarındakı gərginlik fonunda baş verir. Karabanov bildirib ki, Hörmüz boğazı ətrafındakı gərginlik və İranın addımları neft qiymətlərini qaldırıb, bu da mart ayından bəri Qazaxıstanda bitki yağlarının qiymətini təxminən 15% artırıb.
Lakin ekspertin fikrincə, daha böyük risk Qara dənizdədir. Mülki yük gəmilərinə və tankerlərə dron hücumları, eləcə də son günlər infrastruktura endirilən raket zərbələri dünyanın en mühüm taxıl ixrac dəhlizinin təhlükəsizliyini sual altına koyur.
Rusiya dünyada ən böyük, Ukrayna isə ilk altılıqda yer alan buğda ixracatçısıdır. İllik 200 milyon tondan çox olan qlobal buğda bazarında bu iki ölkənin payı 60 milyon tondan çoxdur. Rusiya taxıl ixracının 70%-dən çoxu Azov-Qara dəniz hövzəsindəki limanlardan həyata keçirilir.
Qara dəniz ixrac marşrutları bloklanarsa, Rusiya eksportçuları taxılı quru yolu ilə Mərkəzi Asiya bazarlarına yönəltmək məcburiyyətində qala bilərlər. Bu halda Qazaxıstan və qonşu ölkələr əsas alternativə çevriləcək.
Ölkəyə ucuz Rusiya taxılının axını daxili qiymətləri aşağı salaraq yerli fermerləri maliyyə çətinliyinə sala bilər. Bir çox istehsalçı artıq kiçik mənfəətlə işləyir və gəlirlərin azalması mövcud kreditlərin ödənilməsini və növbəti ilin əkin kampaniyasını çətinləşdirə bilər.
Bu riski azaltmaq üçün Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi taxıl idxalına 6 aylıq qadağa tətbiq edib. Məhdudiyyətlərdən yalnız yerli un dəyirmanları, quşçuluq təsərrüfatları və dövlətə məxsus "Ərzaq Müqavilə Korporasiyası" istisnadır.
Karabanov bildirib ki, bu siyasət daxili bazarı qorumaq məqsədi daşıyır. Lakin o xəbərdarlıq edib ki, fermerlərin gəlirlərinin kəskin düşməsi gələcəkdə daxili istehsalı zəiflədə və qida inflyasiyasını artıra bilər.
Hökumət üçün əsas çətinlik ərzaq inflyasiyasını cilovlamaqla yanaşı, fermerlərin maliyyə dayanıqlığını təmin etmək arasında balans tapmaqdır.
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərmi ilə vurulub.
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumları bərpa etməsini “biabırçılıq” adlandırıb. Qarşılıqlı hücumlar davam edir. Medianın məlumatına görə, Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları demək olar ki, tükənib.
Səudiyyə Ərəbistanında çalışan ABŞ hökumətinin əməkdaşları ölkənin hava limanlarından yalnız xüsusi icazə ilə istifadə edə bilərlər. Qərar ötən həftə husilərin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumu nəticəsində azı 13 nəfərin həlak olmasından sonra qəbul edilib.
AnewZ-un “Kontrapunkt: Almaniya–Azərbaycan ortaq tarixinin iki əsri” sənədli filmi təxminən iki əsr əvvəl Azərbaycan torpaqlarına köçən, şərabçılıqla tanınan icmalar quran və ölkənin mədəni irsində, memarlığında silinməz iz qoyan almanların həyatından bəhs edir.
Ağ Evin mətbuat katibi Keti Zakariya vəzifəsinin icrasına başlamasından bir həftə keçməmiş işdən çıxarılıb. Bununla da Tramp administrasiyası yeni mətbuat katibi axtarışına başlayıb. Zakariyanın Ağ Evin tarixində bu vəzifədə ən qısa müddət çalışmış şəxs olduğu bildirilir.
AnewZ-un “Kontrapunkt: Almaniya–Azərbaycan ortaq tarixinin iki əsri” sənədli filmi təxminən iki əsr əvvəl Azərbaycan torpaqlarına köçən, şərabçılıqla tanınan icmalar quran və ölkənin mədəni irsində, memarlığında silinməz iz qoyan almanların həyatından bəhs edir.
2026-cı ilin yanvar–sentyabr aylarında Özbəkistana 10,3 milyon xarici turist gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz artıb. Özbəkistan 2030-cu ilədək illik turist sayını 20 milyona çatdırmağı planlaşdırır.
AnewZ-un əməkdaşı Sabir Səfərov ilə müsahibəsində husilərə yaxınlığı ilə tanınan jurnalist Hüseyn əl-Buxeyti Səudiyyə Ərəbistanının su və elektrik təchizatı obyektlərinə mümkün hücumlar barədə xəbərdarlıq edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, biomüxtəlifliyin qorunması Azərbaycan və digər qonşu ölkələrlə əməkdaşlığın güclənməsinə töhfə verə bilər.
AnewZ “Günün icmalı” rubrikasında əsas yenilikləri təqdim edir. Bu dəfə Qarabağ və Şərqi Zəngəzura xarici turistlərin səfəri, bölgədə aparılan bərpa-quruculuq işləri, Bakıda keçirilən beynəlxalq sərgilər, “44” filminin premyerası və siyasi gündəmin əsas hadisələri diqqət mərkəzindədir.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın