canlı Səudiyyə Ərəbistanı sahillərində tanker hücuma məruz qalıb
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili...
İran Ukraynanı Xəzər dənizində ticarət gəmilərindən birinə hücum etməkdə ittiham edib. Ukrayna Prezidenti Volodimir Zelenski regionda həyata keçirilən uzaqmənzilli zərbələrin uğurlu nəticələrini qeyd edib. Bundan sonra tərəflər arasında gərginlik artıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan rəsmi Tehran və Vaşinqton arasında aparılan danışıqlar prosesini Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani və Pakistan Ordusunun Baş Qərargah rəisi, feldmarşal Asim Münirlə müzakirə edib.
Türkiyə diplomatik mənbələrinin məlumatına görə, Fidan Əl Tani və Münirlə ayrı-ayrılıqda telefon danışığı aparıb.
ABŞ-nin BMT-ki səfiri iyulun 26-da “Fox News” telekanalına açıqlamasında bildirib ki, Donald Tramp İrana danışıqlar üçün “bir qədər vaxt və imkan verir”.
“Danışıqlara müəyyən vaxt verir, onlara bir az imkan yaradır”, — deyə Mayk Uolts telekanala bildirib.
ABŞ İrana qarşı zərbələrə verdiyi fasiləni davam etdirdiyi müddətdə rəsmi Tehran da öz hücumlarını dayandıracaq. Bu barədə yüksək rütbəli İran rəsmisi iyulun 26-da “Reuters” agentliyinə bildirib.
“İranın mövqeyi dəyişməz olaraq qalır: hücuma hücumla cavab verilir. Əgər hücumlar dayanarsa, İran da əməliyyatlarını dayandıracaq. Bu mesaj artıq ABŞ-yə çatdırılıb”, — deyə mənbə bildirib.
O əlavə edib ki, İran ABŞ-nin niyyətlərinə şübhə ilə yanaşır.
“Hücumların dayandırılması ilə bağlı nikbinlikdən daha çox şübhə var. Ümumi yanaşma ondan ibarətdir ki, bu fasilə həqiqi deyil, taktiki xarakter daşıyır”, — deyə mənbə əlavə edib.
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində Hörmüz boğazından “icazəsiz və müəyyən edilmiş gəmiçilik marşrutundan kənar” keçməyə cəhd edən altı gəmini saxlayıb. Bu barədə İranın dövlət televiziyası məlumat verib.
Məlumata görə, İran rəsmiləri strateji su yolundan “icazəsiz keçid” etməyə cəhd göstərən gəmilərin hərəkətini davam etdirməsinə icazə verməyib.
Bildirilib ki, SEPAH-ın dəniz qüvvələri altı gəmini saxlamazdan əvvəl xəbərdarlıq atəşi açıb və bu, gəmilərin istiqamətini dəyişməsinə səbəb olub.
İyulun 26-da Qırmızı dənizin cənub hissəsində hərəkət edən tankerin yaxınlığına naməlum mərmi düşüb. Bu barədə Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları Mərkəzinin (UKMTO) məlumat verib.
UKMTO açıqlayıb ki, hadisə nəticəsində xəsarət alan olmayıb və gəmiyə ziyan dəyməyib. Hadisənin ətraf mühitə təsiri isə hələ təsdiqlənməyib.
İran rəsmi Vaşinqtonun İrana qarşı hücumları dayandırmasından sonra Körfəz ölkələrinə və ABŞ maraqlarına qarşı cavab əməliyyatlarını dayandırdığını bildirib. Bu barədə AFP agentliyi İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiyə istinadən məlumat verib.
“Strategiyamız əsasən cavab xarakterli olub. Biz də cavab əməliyyatlarımızı dayandırmışıq”, — deyə bildirib.
Tərəflərdən heç biri ardıcıl ikinci gecə yeni hücumlar barədə məlumat verməyib. Bu, tərəflər arasında gərginliyin bir müddət azalacağı gözləntilərini artırıb.
Küveyt iyulun 23-də baş verən dron hücumundan sonra müvəqqəti bağlanan İraqla sərhəddəki Əbdəli keçid məntəqəsini yenidən açıb. Bu barədə İraq dövlət mediası məlumat yayıb.
Küveyt ordusunun məlumatına görə, hücum nəticəsində maddi ziyan dəysədə, ölən və ya yaralanan olmayıb. Əbdəli iki ölkə arasında sərnişin və kommersiya daşımaları üçün əsas sərhəd-keçid məntəqələrindən biridir.
Qətər ABŞ və İran arasında son gərginlik zamanı tətbiq edilən məhdudiyyətləri ləğv etdikdən sonra dəniz nəqliyyatının tam bərpa olunduğunu açıqlayıb.
Ölkənin nəqliyyat nazirliyi bildirib ki, iyulun 26-dan etibarən “bütün növ dəniz gəmiləri üçün fəaliyyətlər tam bərpa oluna bilər”. Nazirlik operatorları bütün səfərlərdə “ən yüksək təhlükəsizlik və mühafizə səviyyələrinin” təmin edilməsi üçün dəniz qaydalarına əməl etməyə çağırıb.
Müharibə əleyhdarları iyulun 25-də “RAF Fairford” hərbi bazasının qarşısında aksiya keçiriblər. Etirazçılar Birləşmiş Krallığın Baş naziri Endi Börnhəmdən İranla bağlı əməliyyatlarda ABŞ tərəfindən istifadə olunan Birləşmiş Krallığa məxsus hərbi bazalardan istifadəyə son qoyulmasını tələb ediblər.
Nüvə Silahsızlaşdırılması Kampaniyasının (CND) nümayəndələri bazada yerləşən ABŞ-yə məxsus B-1 bombardmançı təyyarəsinin İrana qarşı zərbələrdə iştirak etdiyini iddia ediblər.

İran Hörmüz boğazında həyata keçirdiyi son hərbi əməliyyatların “öz hüquqlarını təmin etmək” məqsədi daşıdığını bildirib. Rəsmi Tehran ABŞ-ni iyun ayında imzalanan anlaşma memorandumunu pozmaqda və “qanunsuz” gəmiçilik marşrutu yaratmağa cəhd etməkdə ittiham edib.
İran ordusunun briqada generalı Məhəmməd Rza Əkrəminiya bildirib ki, İranın əməliyyatları regionda əsas hərbi obyektlər hesab edilən ABŞ-nin İordaniya, Küveyt və Bəhreyndəki bazalarını da hədəf alıb.
Onun açıqlamaları Donald Trampın diplomatik səylərə imkan yaratmaq üçün İrana qarşı zərbələri dayandırdığı barədə məlumatlardan sonra verilib.
İran və Oman həftəsonu Tehranda Hörmüz boğazı ilə bağlı müzakirələr aparıb. Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin sözçüsü bildirib ki, iki ölkə arasında texniki və siyasi məsləhətləşmələr davam edir. Əlavə məlumat verməyib.
“Tərəflər Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidi ilə bağlı ümumi prinsipləri və əməliyyat mexanizmlərini müzakirə ediblər”, - İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayı “Fars” agentliyinə açıqlamasında deyib.
Küveyt husilərin Qırmızı dənizdə gəmilərə hücumlarını pisləyib. Ölkənin Xarici İşlər Nazirliyi iyulun 25-də Səudiyyə Ərəbistanına məxsus “NCC MASA” gəmisinə qarşı həyata keçirilən hücumu “beynəlxalq hüququn kobud şəkildə pozulması” və “dəniz nəqliyyatının təhlükəsizliyi və sərbəstliyi üçün birbaşa təhdid” adlandırıb.
Küveytin Xarici İşlər Nazirliyi regional gərginliyin kəskinləşməsi fonunda Səudiyyə Ərəbistanı ilə “tam həmrəyliyini” ifadə edib. Əmirlik Səudiyyə Ərəbistanının təhlükəsizliyini qorumaq üçün gördüyü “bütün tədbirləri” dəstəklədiyini bildirib.
Donald Tramp İrana qarşı ardıcıl 13 gün davam edən hücumlardan sonra yeni zərbələr endirmək planlarını müvəqqəti dayandırmaq qərarına gəlib. Bu barədə “The New York Times” və “Axios” məlumat verib.
Hər iki nəşr anonim mənbələrə istinadla bildirib ki, qərar iyulun 24-də Ağ Evdə keçirilən iclasdan sonra qəbul edilib.
Buna ABŞ-nin hava hücumundan müdafiə vasitələri ehtiyatlarının azalması ilə bağlı narahatlıq və diplomatik səylər üçün daha çox imkan yaratmaq istəyi səbəb olub.
Bununla belə, məlumatlara görə, döyüşlər yenidən genişlənsə, ABŞ zərbə planlarını həyata keçirməyə hazırdır.
İran Ukraynanı Xəzər dənizində ticarət gəmilərindən birinə hücum etməkdə ittiham edib. Rəsmi Tehran zərbə nəticəsində bir dənizçinin həlak olduğunu, digərinin isə yaralandığını bildirib.
İran hadisəyə etiraz olaraq Ukraynanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb və iddia edilən hücumu “düşmənçilik və cinayət xarakterli hərəkət” adlandırıb.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Xəzər dənizində hərbi yüklərin daşınmasında istifadə edilən gəmilərə qarşı həyata keçirilmiş uzaqmənzilli zərbələrin uğurlu olduğunu bildirib. Lakin o, hədəfə alınan gəmilərin adlarını açıqlamayıb.
“Xəzər dənizində həyata keçirilən uzaqmənzilli zərbələr zamanı da çox mühüm nəticələr əldə etdik. Bunların arasında İranın iştirakı ilə hərbi yüklərin daşınmasında istifadə olunan gəmilər və bir hərbi gəmi də var. Bu nəticələrə görə təşəkkür edirəm! Ukraynaya eşq olsun”, – Zelenski “X” platformasında yazıb.
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərmi ilə vurulub.
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumları bərpa etməsini “biabırçılıq” adlandırıb. Qarşılıqlı hücumlar davam edir. Medianın məlumatına görə, Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları demək olar ki, tükənib.
Səudiyyə Ərəbistanında çalışan ABŞ hökumətinin əməkdaşları ölkənin hava limanlarından yalnız xüsusi icazə ilə istifadə edə bilərlər. Qərar ötən həftə husilərin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumu nəticəsində azı 13 nəfərin həlak olmasından sonra qəbul edilib.
AnewZ-un “Kontrapunkt: Almaniya–Azərbaycan ortaq tarixinin iki əsri” sənədli filmi təxminən iki əsr əvvəl Azərbaycan torpaqlarına köçən, şərabçılıqla tanınan icmalar quran və ölkənin mədəni irsində, memarlığında silinməz iz qoyan almanların həyatından bəhs edir.
Ağ Evin mətbuat katibi Keti Zakariya vəzifəsinin icrasına başlamasından bir həftə keçməmiş işdən çıxarılıb. Bununla da Tramp administrasiyası yeni mətbuat katibi axtarışına başlayıb. Zakariyanın Ağ Evin tarixində bu vəzifədə ən qısa müddət çalışmış şəxs olduğu bildirilir.
AnewZ-un “Kontrapunkt: Almaniya–Azərbaycan ortaq tarixinin iki əsri” sənədli filmi təxminən iki əsr əvvəl Azərbaycan torpaqlarına köçən, şərabçılıqla tanınan icmalar quran və ölkənin mədəni irsində, memarlığında silinməz iz qoyan almanların həyatından bəhs edir.
2026-cı ilin yanvar–sentyabr aylarında Özbəkistana 10,3 milyon xarici turist gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz artıb. Özbəkistan 2030-cu ilədək illik turist sayını 20 milyona çatdırmağı planlaşdırır.
AnewZ-un əməkdaşı Sabir Səfərov ilə müsahibəsində husilərə yaxınlığı ilə tanınan jurnalist Hüseyn əl-Buxeyti Səudiyyə Ərəbistanının su və elektrik təchizatı obyektlərinə mümkün hücumlar barədə xəbərdarlıq edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, biomüxtəlifliyin qorunması Azərbaycan və digər qonşu ölkələrlə əməkdaşlığın güclənməsinə töhfə verə bilər.
AnewZ “Günün icmalı” rubrikasında əsas yenilikləri təqdim edir. Bu dəfə Qarabağ və Şərqi Zəngəzura xarici turistlərin səfəri, bölgədə aparılan bərpa-quruculuq işləri, Bakıda keçirilən beynəlxalq sərgilər, “44” filminin premyerası və siyasi gündəmin əsas hadisələri diqqət mərkəzindədir.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın