canlı Səudiyyə Ərəbistanı sahillərində tanker hücuma məruz qalıb
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili...
İrəvan Cənubi Qafqaz Dəmir Yolu (CQDY) sazişinin şərtlərini qarşılıqlı razılıq olmadan dəyişəcəyi təqdirdə, Rusiya Ermənistandan təzminat tələb edə bilər. Bu barədə Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov bəyan edib.
Nazir bildirib ki, Ermənistanın saziş üzrə öhdəliklərinə birtərəfli qaydada yenidən baxacağı təqdirdə, Moskva dəymiş ziyanın əvəzini tələb etmək hüququna malikdir. Reşetnikov vurğulayıb ki, dəmir yolu operatoru Rusiya şirkətinin sərbəst aktivi deyil, Rusiya investisiyaları və müqavilə öhdəlikləri hesabına inkişaf etdirilmiş bir müəssisədir.
Rusiyalı naziri Ermənistanın dəmir yolu şəbəkəsindən istifadəyə görə icarə haqqı tətbiq etmək ehtimalını rədd edərək, bu cür tələbləri əsassız adlandırıb. "Rusiyanın Ermənistana əlavə ödənişlər etməli olduğu məsələsini qaldırmaq tamamilə əsassızdır", – deyə Reşetnikov qeyd edib.
O əlavə edib ki, saziş birtərəfli qaydada dəyişdirilərsə və investor zərər çəkərsə, Rusiyanın kompensasiya tələb etmək üçün hüquqi əsasları olacaq.
Daha əvvəl "Rusiya Dəmir Yolları" ASC-nin baş icraçı direktoru Oleq Belozyorov şirkətin mövcud konsessiya sazişi çərçivəsində fəaliyyətini dəqiq şəkildə davam etdirmək niyyətində olduğunu bildirmişdi:
"Biz sazişə ciddi şəkildə riayət etmək niyyətindəyik. Əgər Ermənistan tərəfi müqaviləyə xitam verməyi və ya onun şərtlərini dəyişməyi nəzərdən keçirirsə, bizim qoyulmuş investisiyaların geri qaytarılmasını tələb etmək hüququmuz var."
Qeyd edək ki, Rusiyanın bu xəbərdarlıqları Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskva ilə münasibətlərdə alternativlər axtarılması barədə bəyanatlarından sonra səsləndirilib.
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərmi ilə vurulub.
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumları bərpa etməsini “biabırçılıq” adlandırıb. Qarşılıqlı hücumlar davam edir. Medianın məlumatına görə, Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları demək olar ki, tükənib.
Səudiyyə Ərəbistanında çalışan ABŞ hökumətinin əməkdaşları ölkənin hava limanlarından yalnız xüsusi icazə ilə istifadə edə bilərlər. Qərar ötən həftə husilərin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumu nəticəsində azı 13 nəfərin həlak olmasından sonra qəbul edilib.
AnewZ-un “Kontrapunkt: Almaniya–Azərbaycan ortaq tarixinin iki əsri” sənədli filmi təxminən iki əsr əvvəl Azərbaycan torpaqlarına köçən, şərabçılıqla tanınan icmalar quran və ölkənin mədəni irsində, memarlığında silinməz iz qoyan almanların həyatından bəhs edir.
Ağ Evin mətbuat katibi Keti Zakariya vəzifəsinin icrasına başlamasından bir həftə keçməmiş işdən çıxarılıb. Bununla da Tramp administrasiyası yeni mətbuat katibi axtarışına başlayıb. Zakariyanın Ağ Evin tarixində bu vəzifədə ən qısa müddət çalışmış şəxs olduğu bildirilir.
AnewZ-un “Kontrapunkt: Almaniya–Azərbaycan ortaq tarixinin iki əsri” sənədli filmi təxminən iki əsr əvvəl Azərbaycan torpaqlarına köçən, şərabçılıqla tanınan icmalar quran və ölkənin mədəni irsində, memarlığında silinməz iz qoyan almanların həyatından bəhs edir.
2026-cı ilin yanvar–sentyabr aylarında Özbəkistana 10,3 milyon xarici turist gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz artıb. Özbəkistan 2030-cu ilədək illik turist sayını 20 milyona çatdırmağı planlaşdırır.
AnewZ-un əməkdaşı Sabir Səfərov ilə müsahibəsində husilərə yaxınlığı ilə tanınan jurnalist Hüseyn əl-Buxeyti Səudiyyə Ərəbistanının su və elektrik təchizatı obyektlərinə mümkün hücumlar barədə xəbərdarlıq edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, biomüxtəlifliyin qorunması Azərbaycan və digər qonşu ölkələrlə əməkdaşlığın güclənməsinə töhfə verə bilər.
AnewZ “Günün icmalı” rubrikasında əsas yenilikləri təqdim edir. Bu dəfə Qarabağ və Şərqi Zəngəzura xarici turistlərin səfəri, bölgədə aparılan bərpa-quruculuq işləri, Bakıda keçirilən beynəlxalq sərgilər, “44” filminin premyerası və siyasi gündəmin əsas hadisələri diqqət mərkəzindədir.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın