Hava məkanı məhdudiyyətləri Mərkəzi Asiya ilə Rusiya arasında uçuşlara təsir edib
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini...
Ermənistan yaxın vaxtlarda Azərbaycana məhsul ixrac etməyə başlayacaq. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan qarşılıqlı ticarəti genişləndirməyi planlaşdırır.
“Azərbaycanla qarşılıqlı ticarətlə bağlı gündəliyimiz var. Yaxın vaxtlarda Ermənistandan Azərbaycana da məhsullar ixrac olunacaq”, – Paşinyan bildirib.
Baş nazir hansı məhsulların ixrac olunacağını açıqlamayıb. O, bu barədə hökumətin iclasından sonra “Armenpress”in sualını cavablandıran zaman danışıb.
Paşinyan yanvarda bildirmişdi ki, Ermənistan və Azərbaycan qarşılıqlı ticarət üçün nəzərdə tutulan məhsulların siyahısını mübadilə edib.
İndiyədək Azərbaycan Ermənistana əsasən benzin və dizel yanacağı ixrac edib. “AnewZ” daha əvvəl iki ölkə arasında birbaşa yanacaq tədarükünün başladığı və Ermənistana bir neçə partiya dizel yanacağının göndərildiyi barədə məlumat yayıb.
İran Səhiyyə Nazirliyi bildirib ki, avqustun 30-dan sentyabrın 2-dək ABŞ-nin həyata keçirdiyi hava zərbələri nəticəsində azı 18 nəfər ölüb, 142 nəfər yaralanıb.
Üç yüksəkvəzifəli iranlı mənbənin sözlərinə görə, ABŞ-nin neft blokadası və sanksiyalar vasitəsilə İran iqtisadiyyatına təzyiq göstərmək səyləri Tehran üçün getdikcə daha çətin vəziyyət yaradır. Vaşinqton gələcək danışıqlarda güzəştlər əldə etmək məqsədilə təzyiqləri artırır.
Rusiyanın TASS xəbər agentliyi anonim mənbəyə istinadən xəbər verir ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner həftəsonu əvvəlcə Rusiyaya, daha sonra Ukraynaya səfər edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ elçilərinin hər iki ölkənin paytaxtına səfər edəcəyini bildirib.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 3-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini dəyişib, geri qayıdıb, bəzi reyslər isə ləğv edilib.
Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının ikinci və son günü beynəlxalq əməkdaşlıq, yeni texnologiyalar və milli imkanların inkişafına həsr olunub.
İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, ABŞ razılıq verərsə, İsrail Qəzza sakinlərinin köçürülməsinə hazırdır.
İran ABŞ-nin ölkənin cənub və qərb bölgələrinə endirdiyi son hava zərbələri nəticəsində həlak olanların dəfn mərasimlərini keçirib. Rəsmi Tehran hücumları beynəlxalq hüquqa əsasən müharibə cinayəti kimi qiymətləndirərək, BMT Təhlükəsizlik Şurasından onları pisləməyi tələb edib.
ABŞ-İran münaqişəsinin gərginləşməsi fonunda Küveytə yönələn raket və dron hücumları Körfəzin şimalını yeni qarşıdurma zonasına çevirir. Küveyt qüvvələri ABŞ ordusunun istifadə etdiyi obyektlər də daxil olmaqla, ölkədəki bir sıra hədəflərə yönələn İran hücumlarının qarşısının alındığını bildirib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın