Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
Qarabağ və Şərqi Zəngəzur regionlarına 13 ölkədən gələn 40-a yaxın beynəlxalq səyyah üçgünlük səfərini yekunlaşdırıb. Nümayəndə heyəti tarixi abidələri ziyarət edib, bərpa-quruculuq layihələri və minatəmizləmə işləri ilə tanış olub.
Səyyahlar qrupuna 2005-ci ildə yaradılmış “Most Traveled People” (MTP) beynəlxalq səyyahlar klubunun təsisçisi, amerikalı Çarlz Veley rəhbərlik edib. Qrupda ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Birləşmiş Krallıq daxil olmaqla 13 ölkənin nümayəndələri təmsil olunub.
Səfər Xocavənd rayonundakı Azıx mağarasının ziyarəti ilə başlayıb. Cənubi Qafqazın ən qədim arxeoloji abidələrindən biri ilə tanış olan heyət daha sonra Şuşaya yola düşüb. Burada səyyahlar Aşağı Gövhər Ağa məscidini, Sadıqcanın ev-muzeyini və digər mədəniyyət abidələrini ziyarət ediblər.

Proqram Xankəndidə Qələbə Muzeyi, Konfrans Mərkəzi və yenidən qurulan şəhər stadionu ilə tanışlıqla davam edib. Səfərin ilk günü Ağdamda başa çatıb. Səyyahlar Ağdam məscidi və İmarət kompleksinin memarlıq xüsusiyyətləri ilə tanış olublar.

Səfərin ikinci günü nümayəndə heyəti Kəlbəcər və Ağdərə rayonlarındakı tarixi-dini abidələri ziyarət edib. Kəlbəcərdə qonaqlara Xudavəng monastır kompleksinin tarixi və memarlığı barədə ətraflı məlumat verilib.

Daha sonra səyyahlar Ağdərədəki Gəncəsər monastırına baş çəkiblər. Burada abidənin daşoyma sənəti nümunələri və dekorativ detalları ilə tanış olublar.

Səfərin son günü Zəngilan və Cəbrayıl rayonlarını əhatə edib. Zəngilanda tikinti-quruculuq işləri ilə tanış olan səyyahların rayondakı son dayanacağı Horadiz–Ağbənd dəmir yolu xətti olub.
Stansiyaların yan yolları da daxil olmaqla xəttin ümumi uzunluğu 140,5 kilometrdir. Qonaqlara marşrut üzrə yerləşən 9 stansiya — Horadiz, Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd barədə məlumat verilib.

Nümayəndə heyəti daha sonra Cəbrayıl rayonunun Həsənli kəndində minatəmizləmə əməliyyatlarını izləyib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları ərazilərin mina ilə çirklənməsinin miqyası, tətbiq olunan təmizləmə üsulları və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə səyyahlara məlumat veriblər.
Bu, 2021-ci ildən bəri beynəlxalq səyyahlar klublarının Qarabağ və Şərqi Zəngəzura təşkil etdiyi 17-ci səfərdir. Üçgünlük proqram MTP üzvlərinə regionun mədəni irsi, infrastruktur layihələri və yenidənqurma işləri ilə yaxından tanış olmaq imkanı yaradıb.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri keçirilib, mətbuata bəyanatlar verilib, Xocalı Soyqırımı Memorialı və Xankəndidəki Zəfər abidəsi ziyarət olunub.
Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 2029-cu ilə qədər Avropa İttifaqı (Aİ) ilə vizasız gediş-gəlişə nail olacağına ümid etdiyini bildirib. Bu barədə Ermənistanın dövlət xəbər agentliyi “Armenpress” məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın