canlı Səudiyyə Ərəbistanı sahillərində tanker hücuma məruz qalıb
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili...
Cənubi Koreya və ABŞ-dən olan tədqiqatçılar insanların əllərindən istifadə etmədən və başqasının köməyinə ehtiyac duymadan geyinməsinə imkan verən robot sistemi hazırlayıblar.
KAIST İnstitu və Stenford Universitetinin mütəxəssisləri tərəfindən yaradılan sistem hava təzyiqi ilə hərəkət edən yumşaq və elastik “sarmaşıqlardan” istifadə edir.
Geyimə yerləşdirilən bu mexanizmlər parçanı istifadəçinin bədəni boyunca hərəkət etdirərək təxminən 10 saniyə ərzində ehtiyatla lazımi vəziyyətə gətirir.
Tədqiqatçılar hesab edirlər ki, sistem qoruyucu geyimləri çirkləndirmədən sürətlə geyinməli olan çip istehsalı müəssisələrinin təmiz otaqlarında çalışan işçilər üçün faydalı ola bilər. Texnologiya qoruyucu vasitələri qısa müddətdə geyinməli olan fövqəladə hallar əməkdaşlarının da işini asanlaşdıra bilər.
Layihə gündəlik həyatda qarşılaşılan problemdən qaynaqlanıb.
“Velosiped sürdüyüm zaman yağış başladı. Hərəkəti dayandırmadan avtomatik geyinilə bilən yağış plaşının faydalı olacağını düşündüm”, - deyə KAIST institutunun tədqiqatçısı və araşdırmanın aparıcı müəllifi Kim Nam Gyun bildirib.
“Sarmaşıq tipli robot insana yaxın qalır və hərəkət etdikcə geyimi tərsinə çevirərək onu geyindirir. Bu da mexanizmin bədənin formasına uyğun şəkildə sabit hərəkət etməsinə imkan verir”, - Kim əlavə edibn. Onun sözlərinə görə tam kostyumun geyindirilməsi təxminən 10 saniyə çəkir.
Bir çox robot sistemlərindən fərqli olaraq, istifadəçinin tam hərəkətsiz dayanmasına ehtiyac yoxdur. Texnologiya mürəkkəb idarəetmə alqoritminə əsaslanmadan işləyir. Bu isə sistemi daha sadə və müxtəlif şəraitlərə uyğunlaşdırıla bilən edir.
Sistem sarmaşığın səth boyunca dırmaşma üsulundan ilhamlanaraq hazırlanıb.
Robot bütün gövdəsini hərəkət etdirmək əvəzinə uc hissəsindən irəli doğru uzanır. Bu xüsusiyyət ona əyri səthlər boyunca rahat hərəkət etməyə və istifadəçinin bədəninə yaxın qalmağa imkan verir.

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun tələbəsi özünü geyindirən robot sistemindən istifadə edir, KAIST, Daejeon, Cənubi Koreya, 14 iyul, 2026
“O, dar boşluqlardan keçə, ətraf mühitin formasına uyğunlaşaraq uzana və səthin sürüşkən, yapışqan və ya maili olmasından asılı olmayaraq hərəkət edə bilir”, - deyə KAIST institutunun mülki və ətraf mühit mühəndisliyi üzrə professoru Ryu Cee-Hvan bildirib.
Tədqiqatçılar bildirirlər ki, texnologiya yaşlıların və əlilliyi olan şəxslərin müstəqil şəkildə geyinməsini asanlaşdıraraq onların gündəlik həyatını yaxşılaşdıra bilər.
Sistemin sənayedə, xüsusilə yarımkeçirici istehsalında və fövqəladə hallar xidmətlərində də tətbiqi nəzərdə tutulur. Bu sahələrdə çalışanlar çox vaxt əllərini sərbəst saxlayaraq qoruyucu geyimləri sürətlə geyinməlidirlər.
Ryu bildirib ki, süni intellektin sürətli inkişafı diqqəti əsasən proqram təminatına yönəltsə də, maşınqayırma sahəsindəki yeniliklər də eyni dərəcədə əhəmiyyətlidir.
Araşdırma “IEEE Robotics and Automation Letters” elmi jurnalında dərc olunub.
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərmi ilə vurulub.
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumları bərpa etməsini “biabırçılıq” adlandırıb. Qarşılıqlı hücumlar davam edir. Medianın məlumatına görə, Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları demək olar ki, tükənib.
Səudiyyə Ərəbistanında çalışan ABŞ hökumətinin əməkdaşları ölkənin hava limanlarından yalnız xüsusi icazə ilə istifadə edə bilərlər. Qərar ötən həftə husilərin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumu nəticəsində azı 13 nəfərin həlak olmasından sonra qəbul edilib.
AnewZ-un “Kontrapunkt: Almaniya–Azərbaycan ortaq tarixinin iki əsri” sənədli filmi təxminən iki əsr əvvəl Azərbaycan torpaqlarına köçən, şərabçılıqla tanınan icmalar quran və ölkənin mədəni irsində, memarlığında silinməz iz qoyan almanların həyatından bəhs edir.
Ağ Evin mətbuat katibi Keti Zakariya vəzifəsinin icrasına başlamasından bir həftə keçməmiş işdən çıxarılıb. Bununla da Tramp administrasiyası yeni mətbuat katibi axtarışına başlayıb. Zakariyanın Ağ Evin tarixində bu vəzifədə ən qısa müddət çalışmış şəxs olduğu bildirilir.
Ukrayna ordusunun istifadə etdiyi peyk rabitəsinə tətbiq olunan məhdudiyyətlər “SpaceX”in “Starshield” şəbəkəsini diqqət mərkəzinə gətirib. Bu vəziyyət müharibə zamanı həmin texnologiyaya kimin nəzarət etdiyi və onun istifadəsini kimin məhdudlaşdıra biləcəyi barədə suallar doğurub.
Dodo quşunun Mavriki adasında nəslinin kəsilməsindən üç əsrdən çox vaxt keçib. İndi alimlər müasir genetik texnologiyalar vasitəsilə bu canlıya bənzər bir növün yaradılması istiqamətində mühüm irəliləyiş əldə etdiklərini bildirirlər.
ABŞ-də “OpenAI” şirkətinin rəhbərliyinin istifadə etdiyi iclas otağına gizli səsyazma cihazı yerləşdirməkdə şübhəli bilinən proqram mühəndisi həbs edilib. Ona qarşı rəsmi ittiham irəli sürülüb.
Kiçik süni intellekt modelləri yaxın aylarda insan müdaxiləsi olmadan internetə qoşulan ağıllı cihazlara öz surətlərini yerləşdirərək yayıla bilər. “Anthropic” şirkəti xəbərdarlıq edib ki, belə sistemlərin yayılmasını dayandırmaq çətin ola bilər.
AnewZ “Günün icmalı” rubrikasında əsas yenilikləri təqdim edir. Oktyabrın 13-də elm və texnologiya gündəmində olan beş əsas yeniliyə nəzər salırıq.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın