canlı Səudiyyə Ərəbistanı sahillərində tanker hücuma məruz qalıb
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili...
Britaniyanın yeni baş naziri Endi Börnhem Kanişka Narayanı süni intellekt üzrə nazir təyin edib. Bununla da bu vəzifə ilk dəfə olaraq Nazirlər Kabineti səviyyəsində təmsil olunacaq.
Bu addım Birləşmiş Krallığın sözügedən sektorda mövqeyini gücləndirməyə çalışdığı bir vaxtda hökumətin süni intellektə daha çox diqqət ayırdığını göstərir.
Hindistanda anadan olan Narayan uşaqlığının ilk illərini Biharda keçirib. Daha sonra Dehliyə, 12 yaşında isə Uelsin Kardiff şəhərinə köçüb. O, Oksford Universitetində fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil alıb, daha sonra isə Stanford Universitetində Biznesin idarə edilməsi üzrə magistr proqramını tamamlayıb.
BBC-nin məlumatına görə, Narayan 2024-cü ildə Qlamorqan Vadisi seçki dairəsində qalib gələrək Uelsin etnik azlıqdan olan ilk parlament üzvü kimi tarixə düşüb.
2025-ci ilin sentyabrında Narayan sabiq baş nazir Kir Starmerin hökumətində Onlayn təhlükəsizlik və süni intellekt üzrə nazir təyin edilmişdi. Vəzifədə olduğu müddətdə o, Birləşmiş Krallığın Süni İntellekt Təhlükəsizliyi İnstitutuna rəhbərlik edib və ölkənin yarımkeçirici və Sİ startapları üçün milyonlarla funt sterlinq həcmində investisiya ayrıldığını elan edib.
2026-cı ilin iyulunda isə Börnhem Narayanı sırf süni intellekt məsələləri üzrə ixtisaslaşan ilk nazir təyin edərək, ona Nazirlər Kabinetinin iclaslarında iştirak hüququ verib.
Bu açıqlamadan sonra Narayan Birləşmiş Krallıqda süni intellektin gələcəyi ilə bağlı fikirlərini "X" sosial şəbəkəsində paylaşıb: "Dövlətlərin süni intellekti formalaşdıracağına, yoxsa onun tərəfindən idarə olunacağına qərar vermək üçün çox qısa zamanı var. Britaniya hazırda məhz bu mərhələdədir. Bu fürsət pəncərəsi hələ açıqkən, mən operativ və iddialı şəkildə hərəkət edəcəyəm, bütün diqqətimi süni intellektin formalaşmasında Britaniyanın təsirini təmin etməyə yönəldəcəyəm".
Birləşmiş Krallıq "Google DeepMind", "Wayve" və "ElevenLabs" da daxil olmaqla qabaqcıl Sİ şirkətlərinin və tədqiqat institutlarının vətənidir, eyni zamanda güclü mühəndis-kadr bazasına malikdir. Qeyd edək ki, Birləşmiş Krallıq Nazirlər Kabineti səviyyəsində süni intellekt naziri təyin edən ilk ölkə deyil. Fransa və Kanada da son iki ildə oxşar vəzifələr təsis edib.
"Brexit"dən sonra Birləşmiş Krallıq Avropa İttifaqı ilə müqayisədə daha yüngül tənzimləyici baza təklif edərək, özünü xarici texnologiya investisiyaları üçün bir mərkəz kimi mövqeləndirməyə çalışıb. Lakin hökumət ardıcıl olmayan texnologiya siyasətinə və hesablama infrastrukturuna kifayət qədər sərmayə yatırmadığına görə tənqidlərə məruz qalıb.
Öz islahat proqramı çərçivəsində Börnhem Elm, İnnovasiya və Texnologiya Departamentini ləğv edərək, onu Biznes və Ticarət Departamenti ilə birləşdirib. O, Conatan Reynoldsu yeni yaradılmış Biznes, İnnovasiya, Elm və Ticarət Departamentinə rəhbərlik edəcək dövlət katibi təyin edib.
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərmi ilə vurulub.
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumları bərpa etməsini “biabırçılıq” adlandırıb. Qarşılıqlı hücumlar davam edir. Medianın məlumatına görə, Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları demək olar ki, tükənib.
Səudiyyə Ərəbistanında çalışan ABŞ hökumətinin əməkdaşları ölkənin hava limanlarından yalnız xüsusi icazə ilə istifadə edə bilərlər. Qərar ötən həftə husilərin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumu nəticəsində azı 13 nəfərin həlak olmasından sonra qəbul edilib.
AnewZ-un “Kontrapunkt: Almaniya–Azərbaycan ortaq tarixinin iki əsri” sənədli filmi təxminən iki əsr əvvəl Azərbaycan torpaqlarına köçən, şərabçılıqla tanınan icmalar quran və ölkənin mədəni irsində, memarlığında silinməz iz qoyan almanların həyatından bəhs edir.
Ağ Evin mətbuat katibi Keti Zakariya vəzifəsinin icrasına başlamasından bir həftə keçməmiş işdən çıxarılıb. Bununla da Tramp administrasiyası yeni mətbuat katibi axtarışına başlayıb. Zakariyanın Ağ Evin tarixində bu vəzifədə ən qısa müddət çalışmış şəxs olduğu bildirilir.
Ukrayna ordusunun istifadə etdiyi peyk rabitəsinə tətbiq olunan məhdudiyyətlər “SpaceX”in “Starshield” şəbəkəsini diqqət mərkəzinə gətirib. Bu vəziyyət müharibə zamanı həmin texnologiyaya kimin nəzarət etdiyi və onun istifadəsini kimin məhdudlaşdıra biləcəyi barədə suallar doğurub.
Dodo quşunun Mavriki adasında nəslinin kəsilməsindən üç əsrdən çox vaxt keçib. İndi alimlər müasir genetik texnologiyalar vasitəsilə bu canlıya bənzər bir növün yaradılması istiqamətində mühüm irəliləyiş əldə etdiklərini bildirirlər.
ABŞ-də “OpenAI” şirkətinin rəhbərliyinin istifadə etdiyi iclas otağına gizli səsyazma cihazı yerləşdirməkdə şübhəli bilinən proqram mühəndisi həbs edilib. Ona qarşı rəsmi ittiham irəli sürülüb.
Kiçik süni intellekt modelləri yaxın aylarda insan müdaxiləsi olmadan internetə qoşulan ağıllı cihazlara öz surətlərini yerləşdirərək yayıla bilər. “Anthropic” şirkəti xəbərdarlıq edib ki, belə sistemlərin yayılmasını dayandırmaq çətin ola bilər.
AnewZ “Günün icmalı” rubrikasında əsas yenilikləri təqdim edir. Oktyabrın 13-də elm və texnologiya gündəmində olan beş əsas yeniliyə nəzər salırıq.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın