Avropada gənclər maaş artımı və daha yaxşı yaşayış şəraiti tələb edirlər
Avropanın müxtəlif ölkələrində tələbələr və işçilər noyabrın 20-də küçələrə çıxaraq maaşların artırılmasını, münasib qiymətə mənzillərin əlçatan olmasını, təhsilə və dövlət xidmətlərinə daha çox vəsait ayrılmasını tələb ediblər. Etirazçılar hərbi xərclərin artırılmasına da qarşı çıxıblar.

