ABŞ qüvvələrinin İraqdan çıxması təhlükəsizliklə bağlı suallar yaradır
ABŞ-nin İraqda qalan son hərbçiləri Kürdüstan regionunun Ərbil şəhərində yerləşən aviabazanı tərk edib. Bununla da 2024-cü ildə əldə olunmuş razılaşmaya əsasən ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqda “İslam Dövləti”nə qarşı hərbi missiyası rəsmən başa çatıb.

