18:39
Brüssellə Tbilisi arasında gərginlik: Gürcüstan Aİ forumundan kənarda qalıb
Gürcüstan hökumətinin nümayəndələri noyabrın 16-da Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) Genişlənmə Forumunda iştirak etməyiblər. Buna Gürcüstan rəsmilərinin tədbirə dəvət olunmaması səbəb olub. Bu qərar Tbilisi ilə Brüssel arasında münasibətlərin getdikcə gərginləşdiyini göstərir.

