İƏT Əfqanıstan hakimiyyəti ilə birbaşa danışıqlar üçün yol xəritəsini müzakirə edib
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əfqanıstanın hazırkı hakimiyyəti ilə birbaşa danışıqlar aparmaq üçün mərhələli yol xəritəsini müzakirə edib. 57 üzvü olan təşkilatın məqsədi Kabillə əlaqələri sistemli şəkildə qurmaq və ölkədəki siyasi və humanitar problemlərin həllinə dəstək verməkdir.

