Prezident İlham Əliyevin Vyetnama səfəri: Birgə Bəyanat qəbul edilib, əməkdaşlıq sənədləri mübadilə olunub
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.

