10:18
İtaliyada polis mərakeşli iş adamının ölümü ilə bağlı etirazlara müdaxilə edib
İtaliyanın Bolonya şəhərində mərakeşli iş adamının ölümü ilə bağlı keçirilən etiraz aksiyalarında polis nümayişçilərə müdaxilə edib. Asayiş keşikçiləri etirazçıları dağıtmaq üçün bibər qazı və su şırnaqlarından istifadə edib. Hadisələr nəticəsində 11 nümayişçi və polis əməkdaşı xəsarət alıb.

