Əfqanıstan Azərbaycanla ticarət və yanacaq sahəsində əməkdaşlığı genişləndirmək istəyir
Əfqanıstanın özəl sektoru Azərbaycandan benzin və dizel yanacağı almaqda, Azərbaycana ixracı artırmaqda və iki ölkə arasında investisiya əməkdaşlığını genişləndirməkdə maraqlıdır. Bakı və Kabil həmçinin iqtisadi əlaqələrin və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

