BMT-nin təhsil fondu Livan, Myanma və Cənubi Sudandakı uşaqlar üçün 52 milyon dollar ayırıb
BMT-nin fövqəladə hallarda təhsilə dəstək fondu “Education Cannot Wait” (ECW) Livan, Myanma və Cənubi Sudanda böhranlardan zərər çəkən 300 mindən çox uşağın təhsilinə dəstək üçün 52 milyon dollar ayırdığını açıqlayıb.

