17:51
BMT agentliyi: Dünya ərzaq qiymətləri 2023-cü ildən bəri pik səviyyəyə çatıb
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünya ərzaq qiymətləri bu ilin iyulunda 2023-cü ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb. Artıma əsasən taxıl, şəkər və bitki yağlarının bahalaşması səbəb olub.

