Qara dənizdə dron hücumu: Üç ticarət gəmisi zədələnib
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz...
Həftəsonu Fransa, Albaniya, Portuqaliya, Belçika və İtaliyada kütləvi etiraz aksiyaları keçirilib. Nümayişlərə yaşayış xərclərinin artması, mənzil çatışmazlığı, təhsil sahəsindəki problemlər və hökumətlərin siyasətindən narazılıq səbəb olub.
Bir sıra şəhərlərdə etirazçılarla polis arasında toqquşmalar baş verib.
Oktyabrın 17-də Fransada yaşayış xərclərinin artmasına, sosial bərabərsizliyə və dövlət xidmətlərinin keyfiyyətinin aşağı düşməsinə qarşı keçirilən kütləvi etiraz aksiyaları bir sıra şəhərlərdə iğtişaşlarla müşayiət olunub.
Daxili işlər naziri Loran Nünyesin məlumatına görə, aksiyalarda təxminən 550 min nəfər iştirak edib. Həmkarlar ittifaqlarından biri isə iştirakçıların sayının 800 min olduğunu bildirib.
Paris, Marsel və Lion da daxil olmaqla, bir sıra şəhərlərdə etirazçılarla polis əməkdaşları arasında toqquşmalar baş verib. Yanğınlar, qarət halları və dövlət binalarına hücumlar qeydə alınıb.
İlkin məlumatlara görə, iğtişaşlar zamanı 1 200-dən çox insan saxlanılıb. Prezident Emmanuel Makron zorakılıq törədənlərin qanun qarşısında cavab verəcəyini bildirib.
Albaniyanın paytaxtı Tiranada oktyabrın 17-də Baş nazir Edi Ramanın istefasını tələb edən tələbələrlə polis arasında toqquşmalar baş verib.
Etirazlara hökumətdə korrupsiya ilə bağlı iddialar, işsizlik və təhsilin keyfiyyətinin aşağı olması səbəb olub. Yayılan görüntülərə əsasən, polis nümayişçilərə qarşı rezin güllələrdən istifadə edib.
Etirazlar zamanı çox sayda insan saxlanılıb. Yeddi polis əməkdaşı isə xidməti pozuntularla bağlı iddialara görə vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb.
Baş nazir Edi Rama istefa tələblərini rədd edib və vətəndaşların etiraz etmək hüququnun qorunacağını bildirib.
Portuqaliyanın paytaxtı Lissabonda oktyabrın 17-də on minlərlə insan yaşayış xərclərinin artmasına və mənzil böhranının dərinləşməsinə qarşı etiraz aksiyasına qatılıb.
Nümayişçilər bildiriblər ki, əməkhaqları kirayə və mənzil qiymətləri, eləcə də gündəlik xərclər qədər artmır.
Ölkədə mənzil qiymətləri 2017-ci ildən bəri iki dəfədən çox artıb. Sentyabrda inflyasiya 3,6 faizə çatıb.
Etirazlara baxmayaraq, sağ mərkəzçi hökumət nümayişçilərin təzyiqi qarşısında geri çəkilməyəcəyini bildirib. Rəsmilər mənzil böhranının həlli üçün artıq müəyyən tədbirlər görüldüyünü vurğulayıblar.
Belçikanın paytaxtı Brüsseldə oktyabrın 17-də yüzlərlə insan təhsil xərclərinin artmasına və təklif olunan islahatlara qarşı etiraz edib. Əsasən gənclərin iştirak etdiyi aksiya zamanı polislə toqquşmalar baş verib.
Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Bəzi etirazçılar isə avtomobili aşırıblar.
Tələbə təşkilatları hesab edirlər ki, təklif olunan islahatlar ali təhsil almaq imkanlarını məhdudlaşdıra bilər.
Etiraz aksiyaları Belçikanın şərqində yerləşən Lyej şəhərində də keçirilib.
İtaliyanın Milan və Bolonya şəhərlərində oktyabrın 17-də yaşayış xərclərinin artmasına qarşı keçirilən etiraz aksiyaları zamanı nümayişçilərlə polis arasında toqquşmalar baş verib.
Məlumata görə, Milanda nümayişçilər şəhərin məşhur kafedralı yaxınlığında polis əməkdaşlarına daş atıblar. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Bolonyada isə polis nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə edib. Yeddi nəfər saxlanılıb.
Milanda baş verən iğtişaşlar zamanı bəzi mağazalar fəaliyyətini dayandırıb, turistlər isə təhlükəsizlik məqsədilə ərazidən uzaqlaşıblar. Bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, hücumlarla əlaqədar Rumıniya ordusu iki dəfə qırıcı təyyarələrini havaya qaldırıb.
İtaliyanın fərdi məlumatların mühafizəsi qurumu “Meta Platforms” şirkətini 805 milyon avro (887 milyon dollar) cərimələdiyini açıqlayıb. Qurumun məlumatına görə, şirkət Android istifadəçilərinin foto və videolarına onların xəbəri və razılığı olmadan çıxış əldə edib.
“SpaceX”in “Starship” kosmik gəmisi noyabrın 14-də 22,5 saatdan çox davam edən orbital uçuşdan sonra ilk dəfə Texasdakı buraxılış qülləsinin mexaniki qolları ilə tutulub. Bu, tam təkrar istifadə oluna bilən raket sisteminin yaradılmasında mühüm addımdır.
Filippin və Avstraliya noyabrın 15-də Manilada hərbi əməkdaşlığı genişləndirmək və təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədilə yeni saziş imzalayıblar. Razılaşma Cənubi Çin dənizində Çinlə gərginliyin davam etdiyi bir vaxtda əldə olunub.
Noyabrın 15-də Filippinin paytaxtı Manilada ASEAN-ın 49-cu sammiti işə başlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın