08:57
Tayvanın 31 milyard dollarlıq müdafiə planı sülhü qorumağa yetəcəkmi?
Prezident Lay Çinq-tenin elan etdiyi yeni plana əsasən, Tayvan hərbi xərclərini tarixdə ilk dəfə olaraq ÜDM-in 3 faizindən yuxarı qaldıraraq 31,4 milyard dollara çatdırmağa hazırlaşır. Bu, adanın təhlükəsizlik məqsədilə indiyədək ayırdığı ən böyük maliyyə vəsaitidir.

